Keçi can hayındadır, qəssab piy axtarır
Zəlzələnin üçüncü günündə Türkiyə Qızıl Aypara Cəmiyyəti AHBAP-a çadır satıb.
Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınıkın sözlərindən belə çıxır ki, Qızıl Ayparanın Çadır və Tekstil adlı bir şirkəti var. AHBAP zəlzələnin üçüncü günü bu şirkətə müraciət edib. Şirkət xaric üçün istehsal etdiyi çadır ehtiyatının 2 min 50 ədədini öz dəyərinə AHBAP-a satıb.
O deyir ki, bu bir rutin prosedurudur, davamlılığı və qabiliyyəti qorumaq üçün edilir. Alınan pulla çadır fabriklərinin xammala tələbatının ödənildiyini vurğulayır.
Fəlakət böyükdür. 11 əyalətdə dağıntılar var. Dağıntılar altından canlar xilas edilir. Təcili sığınacaq üçün çadıra ehtiyac var. Xalq viran qalıb.
Normal vaxtlarda bu cür əməliyyatlara “rutin” kimi baxmaq olar. Amma sözügedən vaxt normal vaxt deyil. Söhbət fəlakətin pik həddə çatdığı bir gündən gedir.
Belə bir gündə bütün çadır ehtiyatlarını təcili olaraq zəlzələ bölgəsinə göndərmək olmazmı? 2 min 50 çadır niyə saxlanılır? “Ölkədən kənar üçün çadır ehtiyatı” nə deməkdir?
Ölkə əsrin ən dəhşətli fəlakətini yaşayıb. Xaricdə idi, ehtiyat idi, hər nə idi, bunlara baxmadan bu ehtiyat dərhal zəlzələ bölgəsinə göndərilmir?
Anladığım qədəri ilə belə oldu:
“Mənə bir çadır verin, paylayacam” deyən xeyriyyə təşkilatının Qızıl Aypara tərəfindən əliboş göndərilməsini istəməyib. Xaric üçün hazırlanan 2 min 50 çadır ağla gəlib və birliyə verilib.
Belə bir gündə alış-verişə girməyə nə ad verək?
Bu gün adi ticarət üçün gün deyil axı.
Emin
Digər Xəbərlər

Ermənilərin özlərinə atdığı "böhtan": Avarayr döyüşü, " igid" Mamikonyan

Balıqların köçü başladı: Dünyanın heç yerində görülməyən möcüzə: Video

“Azerçay” Beynəlxaq Çay Günü münasibətilə silsilə tədbirlər keçirdi

Ən uzun burunlu insan dünyasını dəyişdi

Nail Kəmərlidən maraqlı status - FOTO

Dünyanın ən qədim və dolğun “İncil”i 38,1 milyon dollara satıldı

Yüz on bir il öncə batan Titanikin qalıqları ilk dəfə çəkildi - FOTOLAR
