“Keçmişə sənət səyahəti” olacaq
Mütəmadi olaraq reallaşdırdıqları sosial-maarifləndirici layihələri ilə cəmiyyətin diqqətini cəlb etməyə çalışan, mədəni irsimizin, tarixi abidələrimizin təbliğinə yönələn aksiyalar həyata keçirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və Qobustan Milli-Tarix Bədii Qoruğu "Keçmişə sənət səyahəti” adlı tədbir ilə sənətsevərləri bir araya gətirəcəklər.
Belə ki, 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə qoruq ərazisində geniş konsert proqramı təşkil olunacaq.Həmin gün (saat 11:00 -13:00) qoruğu ziyarətə gələn şəxslər ərazidəki əsas meydanda qurulan səhnədə Dövlət Kukla Teatrının repertuarındakı maraqlı tamaşalardan səhnəciklər izləyəcək, teatrın nəzdindəki "Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında rəngarəng konsert proqramı izləmək şansı qazanacaqlar. Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqları çıxış edəcəklər.
Tədbirin təşkilində məqsəd uşaq və yeniyetmələrdə tarixi keçmişimizə maraq oyatmaq, Qobustan qoruğu ilə yaxından tanış olmaq, ümumilikdə beynəlxaql muzeylər günü, tarixin saxlanc yeri olan bu kimi məkanların tarixi-mədəni önəmini diqqətə çatdırmaqdır.
Digər Xəbərlər
29 Aprel 2024 14:57
İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52İranın mədəniyyət naziri Azərbaycana gələcək
27 Aprel 2024 16:23Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33