adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
15 Mart 2017 16:15
55504
HÜQUQ

Keçmiş rəis müavininə bəraət verildi

Sumqayıt Apellyasiya Məhkəməsində polis rəisinin keçmiş müavini Nazim Hüseynovun apellyasiya şikayətinə baxılıb.

Adalet.az-ın məlumatına görə, vəkil Adəm Məmmədov bu haqda məlumat yayıb. Onun sözlərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, məhkəmə N.Hüseynov barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) Nazim Hüseynovu AR CM-nin 178.3.2-ci (dələduzluq) maddəsilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.