Keçmiş məhkumdan 2 tapança götürülüb
Saatlı rayonunun Naharlı kənd sakininin odlu silah saxlaması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məlumatın yoxlanılması məqsədilə Naharlı kənd sakini, əvvəllər məhkum olunmuş Zəkəray Xanalıyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Bu zaman otaqların birində məişət əşyalarının və təsərrüfat alətlərinin saxlandığı qədim sandıqdan 1 ədəd kustar üsulla hazırlanmış "Revolver” tipli tapança, 1 ədəd səs tapançası, 22 ədəd patron və ov tüfənginə aid 35 ədəd boş giliz aşkar edilib.
Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər Xəbərlər
29 Aprel 2024 16:58
Polis narkotiklə bağlı əməliyyat keçirdi, narkotacirlərin səs yazıları açıqlandı - VİDEO
29 Aprel 2024 11:44Oğurladıqları kartla alış-veriş etdilər
29 Aprel 2024 11:17Bakıda xadimə mənzildən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb
29 Aprel 2024 10:46Bakıda evdən meyit tapılıb
29 Aprel 2024 10:06