adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Avqust 2020 11:48
111875
MÜSAHİBƏ

Keçmiş döyüşçü Vaqif Əlisoy: “Surət Hüseynovun ordunu Bakıya çəkməsi, müharibənin taleyini həll etdi, işğal ”

Bugün Cəbrayılın işğalından 27 il ötür. 27il əvvəlin Cəbrayıl hadisələri, işğalı haqqında Qarabağmüharibəsiveteranı, tanınmış ziyalı Vaqif Əlisoyla (Əliyev) müsahibəmizi oxuculara təqdimedirik:

-Vaqifmüəllim, Qarabağ zonasında kifayət qədər tanınmış qarabağlılardansınız.Sizcə, bu təhsildəki xidmətinizə, müstəqillik uğrunda mübarizənizə, yoxsaQarabağ müharibəsindəki xüsusi fəallığınızagörədir?

-1976-cıildə isə APİ-ni bitirəndən sonra könüllü olaraq Kəlbəcər rayonuna təyinatalmışam və 1979-cu ilə qədər Kəlbəcər rayonunun Qaramançallı kənd orta məktəbindəfəaliyyət göstərmişəm. Təyinat müddəti bitəndən sonra doğma rayonumaqayıtmışam. Bir müddət kəndlərdə müəllimlik etmişəm. 1989-cu ildən Cəbrayılrayon Təhsil Şöbəsində inspektor-metodist işləmişəm.

Mübarizəyəisə tələbəlik illərində illərində -Milli Tələbə Təşkilatından başlamıışam. RəhmətlikƏbülfəz Elçibəylə şəxsi tanışlığım həmin dövrə təsadüf edir. Tofiq Hacıyev,Vaqif Bayatlı vasitəsilə gizli hərəkata qoşulmuşam. Sonra Meydan hərəkatında dafəaliyyətim aktiv olub. Hətta 20 yanvarolaylarına görə həbs edilib, xəbərsiz-ətərsiz Rusiya zindanlarınaaparılmışam, oralarda minbir əziyyət vəişgəncələrə məruz qalmış 700-ə yaxın azərbaycanlıdan biri olmuşam. Buna baxmayaraq, mən hesab edirəm ki, müharibədövründə fəaliyyətim, döyüşüm, gördüyüm işlər məni ictimaiyyətə tanıtdı.

-Niyədemirsiniz ki, erməni əsirliyindəolan göyçaylı Mayılın azad edilməsivideokadrları sizin o dövr gördüyünüz böyük işləri ortaya qoyur...sizin sayənizdəo ermənilərdən alındı.

-Həmin vaxt Mayılın atası bizə müraciət etdi. O bildirdi ki, ermənilər Mayılın azadlığı müqabilindəonlardan 500 min rubl pul istəyirlər. Yazıq kişi qohum-əqrabada kimin nə qədər qızılı varsa,hamısını yığıb gəlmişdi. Tez məliyyata başladıq. Əlimizdə Aşot adlı erməni əsirvardı. Hava telefonu vasitəsilə Hadrut rayon özünümüdafiə taborunun qərargah rəisiEdik Harutunyanla əlaqə saxladım. Onunla razılaşdıq ki, Mayılı Aşotla dəyişdirək.Ertəsi günü Cəbrayıl rayon Polis Şəbəsinin əməkdaşları Əli Xankişiyev və QəhrəmanHəmidov Aşotu da götürüb, Füzuli rayonunun Qaradağlı kəndinə getdik. Əsirlər dəyişdirildi.Mayılı da götürüb, sağ-salamat geri qayıtdıq. Şöbəyə çatanda isə şok olduq. Əsirlikdəolanda ocaqda qızardılmış dəmirlə Mayılın sinəsinə xaç şəkli çəkmişdilər. Onunbədənində sağ yer yox idi. Bu fakt insanlıq tarixinin ən acı faktıydı.

-Bir köckün olaraq anlayıram ki, avqust ayısizin üçün ən ağır aydı. 23 avqust ata yurdunuz Cəbrayıl, 3 avqust isə anayurdunuz Qubadlı işğal olunub... Ümumiyyətlə 1993-cü ilin avqust ayını necə xatırlayırsınız?

- Cəbrayılda vəziyyətin necə olduğunu ətraflısizə çatdırmaq üçün qeyd edim ki, rayonumuz Dağlıq Qarabağda yerləşənHadrut rayonu ilə yüz iyirmi kilometriilə qonşu idi.Cəbrayıl camaatı ilə ermənilər arasında ilk toqquşma, ermənilərin Şıxlar kəndinəhücum edərək mal-qaranı aparması ilə başladı. Sonra biz bir neçə ermənini əsirgötürdük, mal-qaramız qarşılığında dəyişdik. Özümüzü müdafiə etmək üçün səfərbərolduq. Kəndlərimizi ermənilərdən qorumaq üçün məcbur olub gizli fəaliyyət göstərənsilahlı qrup yaratdıq. Bu dəstə 1990-cı ilin 20 Yanvar hadisələrinə qədər Cəbrayılpolisi ilə birlikdə kəndlərimizi qorudu. Milli Ordu yarananda bizim silahlı dəstəmizMilli Ordunun tərkibinə daxil oldu. Bununla da, Cəbrayılda ilk ərazi özünümüdafiə batalyonu təşkil olundu, sonradan da həmin batalyon polka çevrildi.



Cəbrayıldayerləşən sərhəd dəstəsini Hadruta köçürdülər. Və bizim üstümüzə gələn birincieşalon həmin dəstənin hərbçiləri idi. Bu qüvvələrin də başında həmin dəstənin qərargahrəisi podpolkovnik Panteleyev dayanırdı. Cəbrayıla hücum olan ərəfədə,"binokl”la Bakıdan köməyə gələn polisqüvvələrinə göstərdim ki, baxın, üstümüzə gələn ruslardır. Sonra deməyin ki,biz erməni ilə vuruşurduq. Qarabağı, eyni zamanda da Cəbrayılı, ermənilərlə bərabər,ruslar işğal edib. Amma Ağdam işğal olunanda artıq hər şey mənə aydınidi. Növbəti təhlükə təbii ki, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayılı gözləyir.Avqustun 20-i və 21-i Cəbrayılda ancaq bizim özünü müdafiə batalyonu şəhərdəqalmışdı. Ermənilər də qorxudan şəhərə girmirdilər. Biz müəyyən yerlərdə yerləşibaz qüvvə ilə onların qarşısını alırdıq. Halbuki respublikada şayiələr baş alıbgedirdi ki, guya Cəbrayıl işğal olunub. Amma Cəbrayıl şəhəri 23 avqust saat18.30-da işğal olundu.

-Bilirsinizki, son zamanlar sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri dəSürət Hüseynov mövzususdu. Siz də, onu günahkar hesab edirsinizmi?

- Ruslarerməniləri texnika, silah-sursatla təmin edirdi. Bizim əlimizdə qoşa lülə, ermənilərdəisə "Kalaşnikov” vardı. Qarşı tərəfin güclü olması əzmimizi sındırmırdı,torpaqlarımızı canımız bahasına qoruyurduq.SurətHüseynovun başlatdığı 4 iyun qiyamına qədər Ağdərə də, Ağdam da, Zəngilan da, Füzuli də, Qubadlı da, Cəbrayıl da yerində idi, bir dənə də olsun kəndimizermənilərin əlinə keçməmişdi. O qiyam müharibənin gedişatını dəyişdi. Ağırtexnikanın Qarabağdan çıxarılaraq Bakıyaüz tutması qarabağlıları da, Qarabağda döyüşənləri də erməni-rus birləşmələrininqarşısında çarəsizvəziyyətdə qoydu. Qarabağın işğalının ənbirinci və böyük səbəbi bu idi.

-Vaqifmüəllim, sizin qəlbinizin yaşı ilə yazıb bitirdiyiniz "Kaş gözlərim korolaydı…”kitabınız var. O, kitaba yazmadığınız, qəlbinizin dərinliyindəsaxladığınız, demədiyiniz nə qaldı?



-Doğru vurğuladınız ki, o, kitabı gözümün yaşı ilə yazmışam. Bəli, orda erməni əsirliyindəqalmış qız-gəlinlərin aqibəti haqqında yaza bilmədim, yazmadım. İlahi, vəhşıcəsinəöldürülmüş Azərbaycan qadınlarına nələr eləməmişdilər. Qadınların başına gətirilmişo oyunları-işgəncələri təsvir edə bilmədim. Bir dəfə elə oldu ki, bir gündə 32meyit çıxartdım. Həmin vaxt evə gələndə yoldaşım məni görüb hönkürtü iləağladı. Nə olduğunu baş düşmədim. O, ağlayaraq: "Güzgüdə özünə bax”- dedi.Baxanda özüm də heyrət etdim. Bir gecədə saçlarım dümağ olmuşdu.

- Tutaq ki, yurdumuz işğaldan azadolub!(inşallah azad olacaq!) Uzun illərdən sonra Cəbrayıla dönürsünüz! O zamanilk ziyarət edəcəyiniz yer hara olacaq?

-Cəbrayılda Şəhidlər Xiyabanı vardı. Orda müxtəlif bölgələrdən – Saatlıdan,Sabirabaddan, Gəncədən şəhid olan döyüşçülər dəfn edilmişdi. Onlar çox qeyrətliuşaqlar idilər. Döyüşçülərin qəbri üstündə şəkilləri həkk olunmuş barelyefquraşdırılmışdı. O barelyefləri ermənilərpis günə qoymasın deyə yığıb torpağa basdırıdım. Ən böyük arzum Cəbrayıla qayıtmaq, ilk gedəcəyim yer şəhidlər xiyabanı olacaq. Obarelyefləri basdırdığım yerdən çıxarıb yenidən əvvəlki yerə quraşdırmaqolacaq. Bunun üçün ölmək istəmir. Allahdan möhlət istəyirəm ki, məni böyükarzuma çatdırsın.

- Vaqif Əlisoy, maraqlı söhbətə görə sizə təşəkküredirəm! Allah yurdumuza qayıtmağı bizə qismət eləsin. Amin!

Söhbətləşdi: Əntiqə Rəşid