adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Yanvar 2017 15:45
12716
MƏMLƏKƏT

Keçid dövrünün piyada keçidləri

Paytaxtyollarında piyada keçidləri ilə bağlı problem tam olaraq aradan qaldırılmayıb.Bəzi qəsəbələrdə yaşayış massivləri arasında piyada keçidi olmayan geniş yollarvar. Xətai rayonunda dəmir yolu körpüsü adlanan ərazidə bir çox həyət evlərisalınıb. Sözügedən körpünün olduğu yol isə ikitərəfli və geniş yoldur. Ərazininağ şəhər layihəsi çərçivəsində plana alınması isə ayrı bir dərddir. Çünkigələcəkdə plana alınmış ərazidə yerləşən həyət evlərinin söküləcəyi bildirilir.Bu isə piyada keçidinin salınması ümidini daha da söndürür. Sözügedən massivdəyolun bir tərəfində yüzlərlə ailənin yaşadığı həyət evləri, digər tərəfində isəhündür mərtəbəli yeni tikili yerləşir. Sakinlərin verdiyi məlumata görə, həminbinada yaşayan imkanlı şəxslərdən biri əraziyə heç olmasa işıqforum qoyulmasıüçün səy göstərəcəyini bildirib. İnsanlar deyir ki, işıqfor qoyulsa, heç olmasapiyada keçidi tikilməsə də olar. Ərazidə apardığımız müşahidələr zamanı şahidolduğumuz mənzərə qorxunc idi. Xüsusən günün axşam saatlarında ikitərəfli yolunhər iki tərəfində avtomobillər şütüyürdü. Yolun bu üzündən digər tərəfinəkeçəndə elə bil qıl körpüsündən keçirsən. Ümidini Allah tapşırısanki, birdən odünyalıq olaram.

Piyada keçidləri nə vəziyyətdədir?

Ölkədə piyada keçidlərinin sayı gün-gündən artırılırsa da lazımi şəkildətəchiz olunmur. Bəzən onların ventilyasiya sistemi yaddan çıxır, bəzənpəncərələri olmur. Bəzən də yeraltı keçidlərin yanında həm də yerüstü keçidlərtikirlər. Bəzi yerlərdə piyada zolağı piyadalara lazım olan yerdən çox aralıdaolur. Bu zaman cərimədən qorxan piyada isti havada, qarda-yağışda piyada zolağınaqədər olan 500-600 metr yolu qət etməli olur. Çox zaman da bu yolu qət etmək istəməyən piyadayolu istədiyi yerdən keçir. Keçidlərin sayı çox olsa da bu kimi səbəblərdənondan istifadə edənlərin sayı kifayət qədər olmur. Bu cür mənzərələrregionlarda da özünü göstərir. Məsələn, Quba şəhərinin mərkəzində istifadəyəverilmiş yerüstü keçid var ki, ondan da heç kim istifadə etmir. Ötən ilə kimişəhər icra hakimiyyəti həmin keçidin girişlərinə dəmir qapılar qoyaraqbağlayıb. Çünki şəhər sakinləri oradan keçid kimi yox, ictimai tualet kimiistifadə edirdilər. Verilən məlumata görə, həmin keçidin sökülməsi müzakirəmövzusu deyil. Demək olar ki, yerüstü keçidlər dövlətin uğursuz layihələrisırasında yer alır.

BakıNəqliyyat Agentliyi tərəfindən paytaxtda yerləşən piyada keçidləri araşdırılıb.Agentliyin baş direktoru Vüsal Kərimli bildirib ki, ümumilikdə 413 piyadakeçidinin normalara uyğun yerləşdirilmədiyi müəyyən edilib: "Nəqliyyatsıxlığının aradan qaldırılması və piyadaların təhlükəsizliyinin təmin edilməsiməqsədi ilə bəzi məntəqələrdə piyadaların hərəkətinin xüsusi düymə ilə idarəolunan işıqforla nizamlanması haqqında təklif aidiyyəti üzrə göndərilib. Bundanəlavə, yol hərəkətinin təşkili və təhlükəsizliyinin artırılması məqsədilə Bakışəhərinin 37 əsas küçə və prospektində ümumi istifadədə olan nəqliyyatvasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi haqqında təkliflərhazırlanaraq Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasınatəqdim edilib".

Yol-nəqliyyatı üzrə ekspert Elməddin Muradlı"Cümhuriyyət”ə bildirib ki, keçidlər tikilərkən Nazirlər Kabinetinin YolHərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılır:

"Yerüstü keçidlər tikilərkən ilk növbədə birxronometraj aparılmalıdır ki, burdan nə qədər əhali keçir və nə dərəcədəeffektli olacaq. Doğrudan da bəzən avtobus dayanacaqlarından 500 metr kənardayerüstü keçid tikirlər. İnsanlar oradan istifadə etmirlər. Tərəfdarı deyiləmki, keçid aralıdadırsa, piyada mütləq yolun ortasından keçməlidir. Əsla, beləbir şey olmamalıdır. Sadəcə keçidlər tikilərkən istifadəyə yararlı olmasınəzərə alınmalıdır.

Türkiyədə belə bir təcrübə var ki, onlaryerüstü keçidlər tikərkən xronometraj aparırlar. Belə ki, keçid tikməkistədikləri ərazilərdə öncədən yaşıllıqlar əkirlər. Bir ay ərzində müşahidəaparırlar ki, ot daha çox harada tapdalanıb. Bu təsbit edildikdən sonra keçididə həmin yerdən salırlar.

Təəssüflər olsun ki, Azərbaycanda əvvəlkiillərin təcrübəsindən istifadə edirlər. Nəqliyyat Nazirliyinin yol tikintisinənəzarət edən vaxtlar pərakəndəlik hökm sürdü. Nobel prospektində 1 kilometrdənbir yerüstü keçid tikilib. Amma bu kimə lazımdır? Nobel prospektində kifayətqədər yararsız keçidlər var. Yaşlı və uşaqlı insanları da nəzərə almaqlazımdır. Bütün hallarda iş sistemli şəkildə aparılmalıdır. Aidiyyəti orqanlarda məsuliyyət hissi keçirməlidir ki, bura milyonlarla vəsait xərclənir”.

Ekspert hesab edir ki, gələcəkdə piyadazolaqları yeraltı və yerüstü keçidlərlə əvəz edilməlidir.

Məsələyə münasibət bildirənƏlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli isə deyir ki, yeraltı vəyerüstü keçidlərin əksəriyyətindəki pantuslar əlillərin istifadəsi üçünyararsızdır: "Çünki indiyədək standartlar yox idi və hər kəs bu işləri istədiyiformada edirdi. Bununla bağlı standartlar hazırlayaraq 2012-ci ildə NazirlərKabinetinə göndərdik. Bu günlərdə cavab aldıq ki, həmin sənədin üzərindəişlənilir və yaxın vaxtlarda qəbul ediləcək. Qanunvericilikdə nəzərdə tutulanbu kimi işlərin indiyədək yerinə yetirilməməsi məmurların işlərinə səhlənkarlıqlayanaşması ilə bağlı olub. Bəzi yeraltı keçidlərdə görüntü xatirinə pantuslarqoyulsa da, onların əksəriyyəti standartlara cavab vermir. Halbuki bu, ciddimaliyyə tutumlu iş deyil. Hökumət istəsə, bunu qısa vaxtda həyata keçirə bilər.Sadəcə problemin həlli üçün cəmiyyətlə məmurların istəyi üst-üstə düşməli vəkompleks yanaşma tətbiq edilməlidir”.

Vətəndaş məsuliyyətsizliyi

Arxada qoyduğumuz ilinstatistikasına görə yol-nəqliyyat hadisələrinin 43%-ni (795) piyadalarınvurulması təşkil edib və nəticədə 283 piyada həlak olub, 591-i yaralanıb.Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 49 nəfər uşaqvə yeniyetmə həlak olub, 181 nəfər yaralanıb. Rəsmi dövlət qurumununaçıqlamasından bəlli olur ki, insanların avtoqəzalara səbəb ola biləcəkhərəkətlərindən çəkindirmək üçün aparılan maarifləndirmə işi yetərli deyil. Başverən qəzalarda piyadaların vurulmasında çox vaxt günah zərərçəkmişin özündəolur. Məsələn, yaxınlıqda yerüstü və ya yeraltı piyada keçidi olmasına rəğmənçox vaxt vətəndaşlarımız yolu qaça-qaça keçməyə üstünlük verirlər. Bu danəticədə bədbəxt hadisələrin yaranmasına səbəb olur. Bəzən marşrut avtobusundandüşən sərnişinlər yolu adlamaq istəyərkən avtobusun önündən keçirlər. Bu da çoxrisklidir. Çünki 2-ci yoldan gələn sürücü onu qəfil görür və əyləcə basabilməsə, piyada ölə bilər.

HüquqşünasƏrşad Hüseynovdeyir ki, piyada keçidlərindəeskalator yoxdu deyə yolu keçmək düzgün yanaşma deyil: "Hazırda sürətliyolların əksəriyyətində piyada keçidləri quraşdırılıb. İstər yerüstü, istərsədə yeraltı keçidlərin hündürlüyü o qədər də yüksək deyil. İstənilən piyada10-15 addımlıq həmin pilləkənləri qalxa bilər. Düzdür müəyyən əngəlli insanlarüçün xüsusi liftlərin və eskalatorların quraşdırılması zəruridir. Amma insanın10-15 pilləkən qalxmayaraq həyatını təhlükəyə atması o deməkdir ki, o adamyaşamaq istəmir. Bununla da həm öz həyatını itirir, həm də başqa bir nəfərinhəyatını məhv edir”. Ə.Hüseynov baş verən qəzalarda sürücülərin də günahsızolmadığı qənaətindədir: "Sürətli yollar olsa da, sürücü hər zaman təhlükə ilərastlaşacağını nəzərə almalıdır. Çünki hətta piyada yolun qadağan olunanərazisindən keçdiyi halda da sürücü ona yol verməli və onun həyatını təhlükəyəatmamalıdır. Amma elə sürücülərimiz var ki, adi yollarda da ən yüksək sürəthəddini seçirlər. Sanki bizim ölkədə hər kəs harasa tələsir. Bu da sonra beləhadisələrin yaşanmasına səbəb olur”.

Birsözlə, piyadaların keçidlərdən istifadə etmə qaydalarının pozulması əleyhinətəşkil olunan reydlərin və müşahidələrin dislokasiyası zaman-zamandəyişdirilməlidir. Maarifləndirmə işi də yol hərəkəti iştirakçılarının bütüntəbəqələrini, xüsusilə də bir-biri ilə əlaqəli olan hədəf qruplarını genişşəkildə əhatə etməlidir. Keçidlər kifayət qədərdir. Ancaq problemi həlli təkcə kəmiyyətüstünlüyü ilə bitmir. Azərbaycaniqtisadi zəmində keçid dövrünün yaşayır. Belə bir vəziyyətdə iqtisadiyyatımızlaparalel maariflənmə də önəmlidir.

Rüfət Soltan