Kavelaşvili Azərbaycan-Ermənistan sülhündən DANIŞDI
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirib.
Adalet.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, tərəflər görüş zamanı siyasi, iqtisadi, mədəni və təhsil sahələrində mövcud əlaqələri, eləcə də ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Kavelaşvili qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında gələcəkdə imzalanması planlaşdırılan sülh sazişini alqışlayır:
“Ümid edirik ki, Ermənistan və Azərbaycan yaxın zamanda sülh sazişini rəsmən imzalayaraq Cənubi Qafqazda pozitiv inkişaf dinamikasını və regionun cəlbediciliyini keyfiyyətcə yeni mərhələyə yüksəldəcəklər. Gürcüstan bu prosesdə regionda sülhə və sabitliyə tam dəstək verir və öz töhfəsini verməyə hazırdır”.
Digər Xəbərlər
14 Noyabr 2025 19:43
Ukraynada partiya sədri 272 min rüşvət alarkən YAXLANDI
14 Noyabr 2025 19:24
Zelenski korrupsiya qalmaqalı fonunda Fərman imzaladı
14 Noyabr 2025 17:25
Hakan Fidan amerikalı rəsmilərlə görüşüb
14 Noyabr 2025 14:41


Bakı -°C

