“Katya” ləqəbli məhşur casus rəqqasə saxlanıldı
Fevralın 24-dən Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyada diqqətçəkən hadisə baş verdi.
Rusiyada yaşayan 33 yaşlı rəqqas Yekaterina Zavalişina “casusluq” və “dövlətə xəyanət” ittihamları ilə Moskvada saxlanılıb. Bildirilib ki, “Katya” ləqəbindən istifadə edən Zavalişina Moskvadan qaçmağa hazırlaşarkən tutulub.
Tam ştatlı biznes analitiki kimi çalışan və ifaları ilə tanınan Zavalişinanın “dövlət sirlərini xarici ölkə nümayəndəsinə verdiyi” iddia edilib. Gənc qadının “gizli dövlət sirlərini” hansı ölkə nümayəndəsi ilə bölüşdüyü açıqlanmasa da, Zavalişinanın Moskvadan İsveçrəyə qaçdığı zaman yaxalandığı açıqlanıb.
Hadisənin Ukraynada davam edən müharibə ilə əlaqəsinin olub-olmadığı bilinməsə də, o, avqustun ortalarında keçiriləcək məhkəmə iclasına qədər həbsdə qalacaq. 2011-ci ildə Moskva Dövlət Universitetini bitirən Zavalişinanın keçmişdə ABŞ, Avropa və Afrikaya səyahət etdiyi də öyrənilib.
İstintaq davam edir.
Eminquey
Digər Xəbərlər
18 Dekabr 2025 11:13
Özlərini jurnalist kimi təqdim edib pul tələb etdilər - Polis saxladı
18 Dekabr 2025 10:33
Saxta sənədlər hazırlayaraq vətəndaşlara qarşı dələduzluq etdi
17 Dekabr 2025 13:38
Mütəşəkkil dəstə üzvləri saxlanıldı - VİDEO
17 Dekabr 2025 12:40


Bakı -°C

