adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Oktyabr 2017 15:20
15324
SİYASƏT

KATALONİYA XAOS YARADIR

İspaniya hökumətidanışıqları rədd edir

«İspaniya hökuməti Kataloniyanın müstəqilliyiilə bağlı hər hansı bir danışıqların aparılmasına getməyəcək». Bu bəyanatlaçıxış edən baş nazir Mariano Raxey qeyd edib ki, «Madrid Barselonanın şantajı qarşısındaəyilməyəcək».

Avropa Şurası münaqişənidanışıqlar yolu ilə nizamlamağa çağırır, həmişə olduğu kimi. Kataloniya muxtariyyatınınrəhbəri Karles Puçdemon isə Bi-Bi-Si-yə verdiyimüsahibəsində növbəti həftənin birinci günü müstəqilliklərini elan edəcəklərinibildirib.

İspaniyanın baş naziriqətiyyətlə danışıqlar aparılmayacağını bildirərək deyib ki, «Əgər Kataloniyanınrəhbəri cənab Puçdemon nəyisə müzakirə etmək və ya razılaşdırmaq istəyirsə, ondaəvvəlcə qanunlarımıza hörmət etsin».

Ötən gün «TV-3» regional telekanalı vasitəsilə xalqa müraciət edən KarlesPuçdemon İspaniya kralı VI Filippin mövqeyini tənqid edərək yenə də tərəfləri dialoqadəvət edib. O, kataloniyalıları sakit davranmağa,təxribata uymamağa dəvət edərək bildirib ki, «biz nə etmişik, nə edirik , nə edəcəyiksə bir çox xalqlar artıq bunu edib.Başqa xalqlar isə gələcəkdə edəcəklər».

Bununla yanaşı, Puçdemonçıxışlarında bir dəfə də olsun müstəqillik ifadəsini işlətməyib. Onun fikrincə, İspaniya monarxı başnazir Raxeyin tərəfini saxlamaqla Kataloniyaya qarşı qərəzli mövqe tutur və ona görə də İspaniya hökumətinin apardığı bu siyasətin nəticələrinəgörə onlarla birgə məsuliyyət daşıyacaq.

Kataloniya Muxtariyyatınınrəhbəri qeyd edib ki, onun hökuməti bir millimetr də verdiyi sözlərdən geri çəkilməyəcək, sülh və əmin-amanlıqüçün əllərindən gələni edəcək, lazım gələrsə qətiyyətlərini də göstərəcəklər.

Xatırladırıq ki,ötən bazar günü Kataloniyanın İspaniyanın tərkibindən çıxması barədə referendumkeçirilib. 5,31 milyon səsvermə hüququna malik olan vətəndaşların 2,26 milyonu referendumdaiştirak edib və səs verənlərin 90 faizi müstəqilliyidəstəkləyib. Rəsmi Madrid bu referendumu qeyri-legitim saydığını bəyan edib.

MEHRİBAN