Karlsson "millimiz"i də, Byazini də, Bəhlulu da ələ saldı - Əyləncəli faktlar...

Bir az əvvəl idmanla , daha dəqiq futbolla bağlı məlumatları izləyirdim. Qəflətən gözümə bir xəbər sataşdı. Deməli, 0-5 uduzduğumuz İsveç yığmasının futbolçusu Yesper Karlssonun Azərbaycan millisi ilə keçirilən oyun haqda açıqlamasını oxudum. Deyir: "Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu”.
Adalet.az xəbər verir ki, görüşün 82-ci dəqiqəsində meydana daxil olub 88-ci dəqiqədə cərimə zərbəsindən komandasın xal qazandıran Karlssonun həmin açıqlaması rişxənd, atmaca və aşağılama təsiri bağışladı:“Bu, xəyal etdiyimiz bir şey idi. Bir gün əvvəl Emil Forsberqlə danışdığım zaman o, mənim qol vurmamağımı pis hal hesab etdi. Buna görə də, meydana qol vurmaq hissi ilə daxil oldum”.
Əslində mənə elə gəldi ki, Karlsson təkcə 65-ci dəqiqəsində avtoqol müəllifi olan Bəhlul Mustafazadəni yox, ümumilikdə Azərbaycan futbolunu ələ saldı.Etiraz edirsiniz?Əksini iddia edirsiniz?
Onda gəlin faktlara baxaq:
Azərbaycan SSRİ-nin tərkibindən çıxandan sonra, 1992-cı ildə ölkədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarandı. Elə o vaxtdanda aktiv oyun nümayiş etdirir.
1.“Report”dan öyrəndim ki, Azərbaycan millisi tarixində 288 oyun keçirib. Bu müddətdə 56 qələbəsi olan komanda 76 dəfə heç-heçə edib və 156 qarşılaşmada uduzub. 288 matçda 218 qol vuran futbolçular 479 top buraxıblar.
2.Azərbaycan millisi tarixində Mustafayevə qədər yığmamız 12 dəfə belə uğursuzluq yaşayıb. İlk avtoqol Tərlan Əhmədovun hesabındadır. Sağ olsun Rəşad Sadıqovu “rekord”u o qırıb.Düz 4 dəfə topu yığmamızın qapısından keçirib.
3.Nəşr yazır ki, Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub. Milli yeddi dəfə 0:5, dörd dəfə 0:6, bir dəfə 0:7, bir dəfə 0:8, bir dəfə isə 0:10 fərqi ilə meydanı məğlubiyyətlə tərk edib.
Futbolumuzun əyləncələ olmadığını kim iddia edə bilər?
Əntiqə Rəşid
Digər Xəbərlər

"Son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub" - Deputat

Putin Ramiz Mehdiyevi niyə QURBAN VERDİ? - ŞOK SƏBƏBLƏR

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq - Mədət Quliyevdən açıqlama

Mehriban Əliyeva, qızları və gəlini Vatikanda açılışa qatıldı - FOTOLAR

Yağışlı hava ilə əlaqədar sürücülərə xəbərdarlıq

Prezident Füzuli Şəhəri Günü ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
