adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Aprel 2020 20:45
11994
MƏMLƏKƏT

Karantin rejimi dövründə ev heyvanlarını gəzdirməyə icazə verilirmi?

Evdən ərzaq və dərman almaq, habeləbank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsilə icazə alan şəxslər ikisaatərzində ev heyvanlarını da gəzdirə bilərlər.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, vətəndaşlar evdən çıxmaq üçün Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilən müvafiq bəndləri (1,2,3) 8103 nömrəsinə göndərməlidirlər.

Şəxs yaşayış yerini yalnız SMS-ə təsdiq cavabı gəldikdən sonra tərk edə bilər. Əks təqdirdə bu, karantin qaydalarının pozulması kimi qiymətləndirilir.