06 Oktyabr 2025 17:41
157
DÜNYA

Karakasda ABŞ səfirliyinə bombalı təxribatın qarşısı alınıb

Venesuelanın paytaxtı Karakasda ABŞ səfirliyinə bombalı hücumun qarşısı alınıb. 

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Venesuelada iki ölkə arasında gərginliyin artdığı bir vaxtda ekstremistlər bombalı hücum planını həyata keçirməyə çalışıblar. 

"Bu plan sağçı ekstremistlər tərəfindən planlanıb və onların Venesueladakı ABŞ səfirliyinə ölümcül partlayıcı qurğular yerləşdirmək niyyəti olub” - KİV qeyd edib.

Məlumata görə, Venesuelanın diplomatik obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.