“Kanal 13”ün aparıcısı HƏBS EDİLDİ - YENİLƏNİB
“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs olunub.
Adalet.az xəbər verir ki, o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.
R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə məsuliyyətə cəlb olunub.
***
15:58
"Kanal13"ün aparıcısı Rüfət Muradlı saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun hazırda Xətai Rayon Məhkəməsinə aparıldığı deyilir.
Qeyd edək ki, bundan əvvəl “Kanal13″ün rəhbəri Əziz Orucov da saxlanılmışdı. Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:25
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
15 Sentyabr 2026 11:05
Ali Məhkəmə yeniyetmələrin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı
15 Sentyabr 2026 10:52
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
14 Sentyabr 2026 18:01


Bakı -°C

