Kanadanın Baş naziri parlamenti buraxacaq
Kanadanın baş naziri Mark Karni bazar günü baş qubernatordan parlamenti buraxmağı və seçki kampaniyasına rəsmən başlamağı xahiş etməyi planlaşdırır.
Adalet.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CBC telekanalı məlumat yayıb.
Jurnalistlərin fikrincə, Kanada qanunlarına əsasən seçki kampaniyasının minimum müddəti 37 gün olduğu üçün seçkilər aprelin 28-də baş tutacaq. Qanunda səsvermənin bazar ertəsi keçirilməli olduğu, təşviqat müddətinin 37 gündən 51 günə qədər davam etməsi nəzərdə tutulur.
Xatırladaq ki, martın 14-də İngiltərə Bankının keçmiş qubernatoru Mark Karni rəsmi olaraq Kanadanın Baş naziri kimi and içib.
Digər Xəbərlər
11 Yanvar 2026 21:12
"Tezliklə İranda olacağam" - Pəhləvi
11 Yanvar 2026 20:11
“Artıq sizə neft də, pul da yoxdur” - Tramp
11 Yanvar 2026 20:10
Ukrayna Xəzərdə "Lukoyl"a məxsus platformaları VURDU
11 Yanvar 2026 20:05
Oğlu Maduronun həbsxanadan mesajını çatdırdı
11 Yanvar 2026 16:25
İrana xaricdən terrorçular gətiriblər - Pezeşkian
11 Yanvar 2026 15:45
Ukraynada hərbi xidmətə çağırışla bağlı qaydalar sərtləşdirlir
11 Yanvar 2026 15:31
İranda etiraz hərəkatının əsas iştirakçıları həbs edildilər
11 Yanvar 2026 15:25


Bakı -°C

