Kanada Ukraynaya 770 min dollarlıq silah verir
Kanadanın "PGW Defence Technologies” şirkətinin sahibi Ukrayna ilə 770 min ABŞ dolları dəyərində snayper tüfənglərinin verilməsinə dair müqavilə bağladıqlarını bildirib.
Adalet.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın UATV telekanalının saytında məlumat yerləşdirilib.
"Bir çox kanadalılar Ukrayna əsillidir və mən tam əminəm ki, Kanadadakı hər bir ukraynalı öz vətənlərinin mar
aqlarının müdafiəsi üzrə bu cür təşəbbüsləri dəstəkləyirlər.” – deyə, şirkətin sahibi bəyan edib.
UATV telekanalının məlumatına əsasən, Kanada şirkəti Ukraynaya "LRT-3” snayper tüfəngi sistemləri verəcək. Həmçinin, imzalanan ikitərəfli müqavilədə silahların verilməsindən sonra da onlara qulluq və təlimlərlə bağlı dəstək göstəriləcəyi qeyd olunub. Silahlar Ukraynaya bu ilin payızında təhvil veriləcək.
Xatırladaq ki, bundan əvvəl Kanadanın müdafiə naziri Harcit Sacan 2019-cu ilin martınadək ölkəsinin Ukrayna Silahlı Qüvvələrinə 7 milyon dollardan çox yardım yönəldəcəyini bəyan etmişdi.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44