adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2018 13:30
130494
MÜSAHİBƏ

Kamran Yunisi qiraətçi kimi bəyənmirəm... - Anar Adillə müsahibə

Son vaxtlar səsləndirdiyi şeirlərlə tanımışamAnarı. Elə də böyük dinləyici kütləsinin olmamağının səbəbi qiraətçiliyəbaşlamağının zaman kəsiyinin qısa olmağıdır. Amma Anarın həm səsi müqəddəsdir,həm də şeirləri maraqlıdır. İstədim ki,Anarla biraz dərdləşim. İnsanların da bu gözəl səs sahibindən xəbərləri olsun.


- Anar, axır zamanlar sosial şəbəkələrdə Anar Adiladlı qiraətçi meydana atılıb. Səsində həzindöyüşkənlik var. İnsanların ürəyini işğal edə bilir. Onu tanıyırsanmı?

- Hərdəngörüşürük onunla. Hər döyüşdən sonra qalibiyyətini elan edir. Asta-astadostlaşırıq.

- Bəs, onun şəxsi həyatı, taleyi? Harda, nə vaxt doğulub,sənəti nədir?

- Şəxsi həyatım, qısaca... Yuxumu qarışdırıb oyanıramqəfildən, gecdi.. Sən demə, bu dəfə də səhərə uduzmuşam. Bakıda doğulmuşam. 1981 ci il, mayın 22-si. Ailəvəziyyətimiz ağır idi, dünyaya lüt gəldim. (gülür) İki övladım var. Şirkətdəmenecer işləyirəm.

- Bir şeyi kəşf etmək ya təsadüfdən doğur, ya daehtiyacdan. Sən səsini necə kəşf etmisən?

- İstəkdən, özünə olan inamdan.Təsadüf deməzdim. Eləbil insanın harasısa ağrıyır, sağalmaq istiyirsən . O yükü üstündən atırsan, həmsən sağalırsan, həm də digərləri yoluxub şəfa tapır. Şükür olsun ki, səs gəlibtapdı məni. Mən ona qorxurdum yaxınlaşmağa..

- Şeiri səsləndirmək prosesi necə baş verir? Bir şeiri səsləndirməküçün səsdən əlavə sənə nələr lazımdır?

- Bəzən bir şeiri 100 dəfə səsləndirirsən, ammaalınmır. Şeiri şairin əlindən almaq lazımdı. Səsdən əlavə hər şey. Hava soyuqdu,üşüyürsən, əynini geyin, başın,ayaqların açıq qalsın. Səsi də şeirin əyninə geyindirməlisən, nədar olsun, nə də gen..

- İndiki mühitdə qiraətçilər çoxdur. Çox adam şeir səsləndirir. Məsələn,şeir səsləndirənlər var ki, səslərində süni pafos, kədər hiss edirsən. Adam şeirdən iyrənir. Sənözün kimlərin qiraətlərini dinləyirsən, kimləri bəyənirsən, ya da bəyənmirsən?

- Mən,bəyəndiyim səslənmələri baxış sayına, gələn bəyənilərin çoxluğuna görə seçməmişəm. Nurəddin Mehdixanlı, ElxanRza, Tural Əhmədin qiraətlərini bəyənirəm. Ustaddırlar bu sahədə.

- Bəs, kimi bəyənmirsən?

- Deyim,desinlər ki, qalmaqal yaradır?

- Niyə ki? Bəyəndiklərinin adını çəkirsənsə, bəyənmədiklərinində adını çəkə bilərsən.

- Kamran Yunisi bəyənmirəm.

- Kamranda bəyənmədiyin nədir?

- Qırğın salırsan ha. Mən başqa qiraətçilərə qulaqasanda özüm dinləyici oluram. Məncə, bəyənməmək normaldı. Təhqir etməkgünahdı..

- Ədəbi mühiti izləyirsənmi? Yəqin ki, müşahidəetmisən, ədəbi mühitdə qruplaşmalar var. Səncə, bu qruplaşmalar nəyə xidmətedir, lazımdırmı?

- Bəli, ədəbimühiti izləyirəm. Düşünürəm ki, qruplaşmalar hər sahədə var. Burda da olacaq. Ammasıvar. Gərək bu qruplaşmalar sənətə xidmət etsin. Hamının bir istəyi var, tarixədüşsün, yadda qalsın. Dünya ədəbiyyatına çıxsın. Çətindir...



- Şeir də yazırsan. Səncə, şeirlərin daha yaxşıdır,yoxsa qiraətçiliyin?

- Hə, əvvəllərbelə deyirdilər. Qiraətçilər deyirdi ki, şeirlərin əladır, şair. Şairlərdeyirdi ki, qiraətin möhtəşəmdi. Qalırdım mat-məəttəl. Sonra başa düşdüm ki,ikisi də var.

- Yəqin paxıllıqdan irəli gəlirbu münasibət.

- Bəlkə də...

- Anar, məncə, insan beynini vəbeyninin məhsulunu kapitala çevirməlidir. Yənişair, yazıçı çıxartdığı kitablardan pul, qonorar qazandığı kimi digər sənətsahibləri də həmçinin. Sən səsini kapitala çevirməyi düşünmürsənmi? Məsələn,dublaj sahəsində işləyə bilərsən. Belə bir təklif olubmu heç?

- Vahiddublyaj evi yoxdu . Hər televiziyanın özünün dublyaj redaksiyası var. Bir dəfə təklif gəlib. Müəyyən səbəblərə görəalınmayıb. Ümid edirəm...

- Ümid deyəndə nəyi nəzərdə tutursan? Sən də oturubgözləyirsən ki, kimsə səni kəşf edəcək?

- Yox, bu ancaq nağıllarda olar.Bəlkədə çox tanınmamağımdan irəli gəlir

- Şeirini səsləndirdiyin şairlərlə görüşürsənmi? Ümümiyyətlə şeirləri necə seçirsən?

- Hə, görüşmüşük. Mətn hadisəsi olan şeirlərinhamısı olmasa da, bəziləri uğurlu olur. Oxuyuram, içinə girə bildimsə orda gecəliyirəm.

- Anar Adil... Anar adildimi, ədalətlidirmi şeir seçimlərində?Ruhuna yaxın dostlarının şeirlərini səsləndirir yoxsa dost olduğu şeirləri?

- Əvvəlbelə deyildim, amma qurtuldum . İndi isə hə, son səsləndirdiyim şeiri paylaşandansonra müəllif xəbər tutdu. Düzdür, 7-8 şeir var, göndərib səsləndirməyi xahişediblər. Ya mən yaxşı qiraətçi deyiləm ki, səsləndirə bilmirəm, ya da şeir.

- Hələ bir o qədər də tanınmırsan,amma balaca da dinləyici kütlən var. Sən qiraətçiliyi davam etmək barədə,tanınmaq barədə nə düşünürsən? Sənin üçün məşhurlaşmaq necə, maraqlıdırmı?

- Hamının içində bəslədiyi"mən" var. Sadəcə "Mən!" kimi böyüdə bilmərsən onu. "Sən"lərlə , "O" nlarla tanış etməlisən ki, "Sən" ola biləsən. Bubir az da şans məsələsidir. Böyük hərflərlə inanıram.