Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev aprelin 23-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.
Adalet.az xəbər verir ki, vətəndaşlar qəbulla bağlı Sabunçu rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər

Vardanyanın məhkəməsində ifadələr dinlənildi - FOTOLAR

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

MƏHKƏMƏ: Əsirlərimizə verilən işgəncələrə baxırlar...

Sənan Mehdiyevə hökm oxundu

Vəkillərə yeni hüquqlar verilir və vəzifələri artırılır

Gəncə terroruna əmri Ermənistan rəhbərliyi verib - MƏHKƏMƏ

Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi keçirilib
