adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 May 2017 19:17
8556
DÜNYA

Kamera jurnalisti İŞİD snayperinin gülləsindən qorudu

İraq jurnalisti Ammar Alvaelini "İslam dövləti” terror təşkilatının snayperinin gülləsindən kamerası xilas edib.

Adalet.az xəbər verir ki, videoçarxı ViralHog "YouTube” kanalında yerləşdirib.

Müxbirlərdən ibarət qrupa hücum Mosulun rayonlarından birində baş verib. Videoda İŞİD yaraqlılarının atıdığı güllənin jurnalistin sinəsinə bərkidilmiş ekşn-kameraya dəydiyi əks olunub.

"Aman Allah, Ammar, bu həddən artıq təhlükəli idi!”, - Alvaeli ilə yanaşı olan jurnalist deyib.
2016-cı ildə dünyada 74 jurnalist ölüb. Ölən jurnalistlərin əksəriyyəti döyüş zonalarında idilər. Suriya, Əfqanıstan, Meksika, İran və Yəmən jurnalistlərin işləməsi üçün ən təhlükəli ərazilər hesab edilir, burada KİV-in 50 nümayəndəsi ölüb.