adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 May 2019 15:55
12824
ƏDƏBİYYAT

Kamandar EYVAZLI: Dağların dərmanı


Günlərim aylara-illərə döndü,

Çəmənim saralmış çöllərə döndü.

Göz yaşım sellənib sellərə döndü

Dağların dərmanı hardadı,Allah?

Kəlbəcər, Zəngilan, Laçın, Xocalı...

Bu dərdim hər dərddən,qəmnən ucalı.

Fikrim dolaşıqdı, yolum haçalı,

Dağların dərmanı hardadı,Allah?

Məcnun dağlarındı, Leyla dağların,

Ən zərif,ən kövrək layla dağların,

Yüz dəfə harayla, hayla, dağların

Görəsən dərmanı hardadı,Allah?

Ovu bərəsində vurulmur daha,

Çeşməsi qaynayıb-durulmur daha,

Məclisi düzəlib,qurulmur daha,

Dağların dərmanı hardadı,Allah?

Yerini bilsəydim, mən gətirərdim,

Tapıb dimdiyimdə dən,gətirərdim.

Yağış gətirərdim, çən gətirərdim,

Dağların dərmanı hardadı,Allah?

Yarpızı dərilmir, otu yığılmır,

Sürüsü mələmir, südü sağılmır,

Yarası köz-közdü, hələ sağalmır,

Dağların dərmanı hardadı, Allah?

Obası elindən ayrı düşübdü,

Ocağı külündən ayrı düşübdü,

Zirvəsi selindən ayrı düşübdü,

Dağların dərmanı hardadı,Allah?

Bu kəndin o kəndə yolu olubmu?

Bu çayın sərhəddi, qolu olubmu?

Burda şimşək çaxıb, dolu olubmu?

Dağların dərmanı hardadı, Allah?

Hər tərəf qaranlıq-zülmət içində,

Durub düşünürəm dəhşət içində.

Dağların özüdü dövlət içində,

Dağların dərmanı hardadı, Allah?

Kamandar qəlbində ayrılıq bəslər,

Bu qismət mənimdi, onu kim istər.

Mən tapa bilmirəm,sən mənə göstər

Dağların dərmanı hardadı, Allah?

Laçından ayrı

Gəzdiyim-gördüyüm anılmazolub,

Dönüb həqiqətə yanılmazolub.

Ay Allah,gör necə danılmazolub,

İllər Laçın deyir, Laçındanayrı.

Nə qədər arzu var, batıb dərinə,

Nə qədər xəyal var düşüb sərinə,

Bayatı yerinə, layla yerinə,

Dillər Laçın deyir, Laçındanayrı.

O kənddə kimsəsiz bulaqqalıbdı,

O yurdda kimsəsiz ocaqqalıbdı,

Dərələr,təpələr çılpaqqalıbdı,

Güllər Laçın deyir, Laçındanayrı.

Qovğası çoxalıb, başındanaşır,

Dağlara yağış da, qar dayaraşır.

Sığmır yatağına, qaynayıb-daşır

Sellər Laçın deyir, Laçındanayrı.

Ayrılıq görmüşəm,sonu çatmayan,

Həsrətli görmüşəm, yuxuyatmayan.

Yazından,qışından xəbərtutmayan

Ellər Laçın deyir, Laçındanayrı.

Kamandar, nə deyim mən butaleyə?

Hər sözüm-söhbətim dönübgileyə.

Səhər də,axşam da uzanıb göyə

Əllər Laçın deyir, Laçındanayrı.

Laçın həsrəti

Hərdən ürəyimə qəriblik çökür,

Yaman darıxıram Laçından ötrü.

Bir də o yerlərə qaytarır,çəkir,

O dağlar,dərələr, o çiçək ətri.

Çayın laylasında uyuyur Daşlı,

Hətəmlər nə vaxtdı kimsəsiz qalıb.

Yuxarda İmanlar-gözləri yaşlı,

Aşağda Şəlvə var-yiyəsiz qalıb.

Həsrətdən yarpaqlar saralıb yəqin
Yollar yoldan çıxıb, cığırlar itib.

Dörd il yaşadığım səhmanlı evin

İndi daşında da ot-alaq bitib.

Kaha sol əldədi, Dambulaq sağda,

Cəlalı pozulub Hacıxanların.

Könüllər oxşayan baxça da,bağ da

Qısılıb qoynuna tənha dağların.

Buranın baharı başqa bir aləm,

Buranın qışı da qışdı közümdə!

Yatıram,dururam, Laçın deyirəm

Laçın,qurumayan yaşdı,gözümdə.

Günlər keçirmişəm Laçında, Allah,

O günlər bir bütöv ömrə bərabər.

Bir gözəl sevmişəm Laçında, Allah,

Qibtə edəsidi bütün gözəllər.

Zavod,Alıqulu,Pircahan,Şamkənd,

Çorman,Vəlibəyli sinəsi dağlı.

Nə qədər qonağın olmuşam ay kənd,

Nə qədər xatirəm sizlərlə bağlı.

Hələ Novlu bulaq... min dədrədərman,

Çoxları bu sudan içib, deyirlər.

Qəhrəmanov Musa, Salahov Salman

Artıq bu dünyadan köçüb deyirlər.

İllərdi xəyalım gəzir bu eli,

Bir daha o kəndi görən oldumu?

Meşədə armudu, çəməndə gülü,

Yamacda əzgili dərən oldumu?

Həsrət qürurunu əyib dağların,

Düşübdü zirvədən qartalın səsi.

Ayrılıq xətrinə dəyib dağların,

Qayıt öz yurduna ay ev yiyəsi!

Ulular ad qoyub: Qorçu,Kamallı,

Ad qoyan,adına balan ağlayır.

Dəyişib ovqatı, pozulub halı,

Gözləri yollarda qalan ağlayır.

Ellər ayrı düşüb öz obasından

Kim qurdu,kim tikdi, kim gəzir indi?

Kaman kökdən düşüb, saz havasından,

Hər addım hər yerdə qəm gəzir indi.

Beləmi görmüşdüm belə, Laçını?

Gör orda qaralmış neçə ocaq var.

Siz Allah verməyin yelə, Laçını

Dözmür ayrılığa şair Kamandar.