Kamal Abdullanın “Sehrbazlar dərəsi” ingilis dilində
Yazıçı Kamal Abdullanın "Sehrbazlar dərəsi” romanı bu yaxınlarda ABŞ-da işıq özü görüb. Kitab Azərbaycan dilindən ingilis dilinə Anne Thompson tərəfindən tərcümə edilib. Kitab Amerikanın məşhur "Strategic Book Publishing and Right Co.” nəşriyyat evi tərəfindən çap edilib. Qeyd edək ki, bu nəşriyyat daha öncə müəllifin "Yarımçıq əlyazma” romanını nəşr etmişdi.
Kitabda müəllif haqqında verilmiş qısa informasiyada Kamal Abdullanın tanınmış Azərbaycanlı yazıçı və alim olduğu, dilçilik, kulturologiya, mifologiya haqqında elmi araşdırmalar apardığı, həmçinin dünyanın bir sıra dillərinə tərcümə olunmuş romanların müəllifi olması qeyd edilib. M