Kadırov azərbaycanlını nazir təyin etdi
Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin icraçısı Ramzan Kadırov Azərbaycan Tibb Universitetinin (ATU) məzunu olan Elxan Süleymanovu yeni səhiyyə naziri təyin edib.
Adalet.az Report-a istinadən xəbər verir ki, bu barədə o, öz İnstagram səhifəsində yazıb.
"Bu gün mən yeni səhiyyə naziri təyin etdim. Bu vəzifəni təcrübəli həkim, səhiyyə təşkilatçısı, gözəl mütəxəssis Elxan Süleymanova həvalə etdim. Mən bir neçə ilə əvvəl onu Moskvadan Qroznıya gəlməyə və Onkoloji Dispanserə rəhbərlik etməyə razı salmışdım”, — deyə o bildirib.
Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib.
Bundan əvvəl Çeçenistanın səhiyyə naziri Musa Əhmədov olub.
Digər Xəbərlər
26 Aprel 2024 21:53
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41QƏRƏZLİ QƏTNAMƏLƏRİN YEGANƏ SƏBƏBİ QARABAĞI AZAD ETMƏYİMİZDİR
26 Aprel 2024 19:00