Jurnalistlər üçün daha bir müsabiqə
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yanvarın 14-dən 31-dək olan müddətdə "Təmiz Binəqədi – Təmiz İdeya ” müsabiqəsi keçiriləcək. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, müsabiqənin məqsədi Bakı 2015 Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda keçirilən "Təmiz Binəqədi” layihəsi çərçivəsində görülən işlərin, həmçinin rayonun sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin ictimaiyyətə daha dolğun və yaxından çatdırılması işində peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. "Təmiz Binəqədi –Təmiz İdeya” mövzusu üzrə keçiriləcək müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazılar müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaq.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27