adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Aprel 2016 20:59
3604
MƏMLƏKƏT

Jurnalistlər Qaraxanlı kəndində olublar

Xarici jurnalistlər və yerli media nümayəndələri Ağcabədi rayonunun Qaraxanlı kəndində ermənilərin endirdiyi zərbələr nəticəsində dağılmış evə baxış keçiriblər.

Adalet.az xəbər verir ki, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, aprelin 27-də axşam saatlarından aprelin 28-də saat 5:30-dək erməni silahlı birləşmələri yaşayış məntəqələrini atəşə tutub.

Onun sözlərinə görə, Ağcabədiyə 100-dək, Qaraxanlı kəndinə isə 50-dək mərmi düşüb.

"Həmin mərmilərdən 35 ədədi Qaraxanlı kəndinə düşüb. Onlardan 19-u insanların yaşadığı fərdi həyətlərə düşüb. Evlərə ziyan dəyib. İki mərtəbəli, 7 otaqdan ibarət bir ev tamamilə yanaraq yararsız hala düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Burada insanlar çox çətin durumda yaşayırlar. Hər an ölüm təhlükəsi ilə üz-üzədirlər. Biz beynəlxalq təşkilatları bu gerçəkliyi görməyə çağırırıq. Biz müharibə istəmirik, lakin torpaqlarımızın işğal altında olması ilə barışa bilməyəcəyik. Biz ölkə başçısı, Ali Baş Komandanİlham Əliyevə və Azərbaycan ordusuna inanırıq. Ordumuz erməni təxribatının qarşısını qətiyyətlə alır. Əminik ki, bundan sonra da alacaq. Torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, hər bir Ağcabədi sakini ölkə başçısının əmrilə döyüşə getməyə hazırdır”.

Xarici jurnalistlər və yerli mətbuat nümayəndələri həmçininAğdamrayonunda ziyan dəymiş kənd təsərrüfatı obyektləri ilə tanış olublar və təmas xəttindəolublar.