adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Oktyabr 2017 16:37
18590
MƏMLƏKƏT

Jurnalistlər “Azərsun Holdinq”ə məxsus Yağ fabrikində - Fotolar

Ölkənin aparıcı KİV nümayəndələri üçün mütəmadiolaraq media turlar təşkil edən "Azərsun Holdinq” bu dəfə media mənsublarınıYağ Fabrikinə dəvət edib.

"AzərsunSənaye Parkı”nda yerləşən Yağ Fabrikində qonaq olan jurnalistlərə əvvəlcə "AzərsunSənaye Parkı” barədə məlumat verilib, burada Yağ fabrikindən başqa həmçininKağızın Təkrar Emalı müəssisəsinin də yerləşdiyi bildirilib.


Jurnalistlər qarğıdalı yağının istehsalını müşahidəetdilər


Daha sonra KİV nümayəndələrini qarşılayan Bakı Qidavə Yağ fabrikinin müdiri Şahəddin İbrahimov illik istehsal həcmi 270 min tonolan müəssisə barədə qısa məlumat verib və onları Fabrikin bitki yağların istehsaledildiyi sahəyə dəvət edib. Əvvəlcə qarğıdalı yağının istehsalını müşahidə edənmedia mənsublarına müəssisənin ən müasiravadanlıqlarla təchiz edildiyi bildirilib. Bundan sonra jurnalistlərə zeytunyağlarının istehsal prosesi nümayiş etdiriıib və istehsal xəttində olan "Zeytunbağları” markasının tam olaraq Abşeron rayonu ərazisindən toplanan yerli zeytundanhazırlandığı qeyd edilib.


Bəzi mağazalarda saxlanma şəraiti tələblərə cavabvermir


Bitki yağları ilə bağlı jurnalistlərin suallarınıcavablandıran duru yağların istehsalı sahəsinin müdiri Hüseyn Qocamanov daxil olan şikayətlərlə bağlı suala cavab verərkənən çox rastlaşılan problemin bəzi mağazalarda saxlanma şəraitinin tələblərəcavab vermədiyini bildirib. O, bu məsələyə evlərdə istehlakçılar tərəfindən dəciddi riayət olunmadığını söyləyib və duru bitki yağlarının tələb olunan şəraitdəsaxlanılmadıqda keyfiyyətini itirdiyinisöyləyib. Bitki yağlarının istehsal prosesi ilə tanışlıq bitdikdən sonrajurnalistlər kərə və spred yağlarının istehsal edildiyi sahəyə keçiblər.Onların kərə yağlarının istehsalı ilə bağlı suallarını cavablandıran mütəxəssislərbu məhsulun Yeni Zellandiyadan idxal edildiyini bildiriblər və "AzərsunHoldinq”in kərə yağı bazarında payının cəmi 5-7 faiz təşkil etdiyi bildirilib. Sumqayıtda isə böyük həcmdə idxal edilən kərə yağının çəkilərəgörə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarıldığı qeyd edilib.


Laboratoriya dəfələrlə beynəlxalq müsabiqələrdəmükafatçı və qalib olub


Jurnalistlərin kərə yağının xammal tələbatınıdaxili istehsal hesabına təmin etmək barədə sualına cavab verən "AzərsunHoldinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentininmüdiri Afiq Səfərovbunun çox baha başa gəldiyini söyləyib. O Yeni Zellandiyanın iqlim şəraitinindaha münbit olduğunu və süd məhsullarının yağlılıq dərəcəsinin əksər dünya ölkələrindənqat-qat çox olduğunu bildirib. Bunun nəticəsi olaraq həmin ölkədə kərə yağının əldəolunması digər ölkələrdən dəfələrlə ucuz başa gəlir. "Azərsun Holdinq” tərəfindənkeyfiyyəti beynəlxalaq sertifikatlarla təsdiq edilmiş kərə yağları idxal edilərəktərkibinə heç bir dəyişiklik edilmədən müxtəlif çəkilərdə qablaşdırılaraq "BestCow”, "Wellington” markaları ilə istehlakçılara təklif edildiyi bildirilib. İstehsalsahəsi ilə tanışlıqdan sonra jurnalistlərə rafinasiya sahəsi nümayiş etdirilibvə müəssisəyə daxil olan xammalın müasir avadanlıqlarla təchiz edilmiş bu sahədəzəruri yoxlamalardan keçərək yad maddələrdən təmizləndiyi qeyd edilib. Müəssisənin laboratoriyasınıziyarət edən jurnalistlərə Yağ fabrikində də"Azərsun Holdinq”in digər müəssisələrində olduğu kimi keyfiyyətə nəzarətinən yüksək səviyyədə təmin edildiyi gün ərzində, istehsalın bütün mərhələlərindəməhsullar üzərində 1000-1500 testin edildiyi bildirilib. Bundan başqalaboratoriyanın dəfələrlə beynəlxalq müsabiqələrdə mükafatçı və qalib olduğuqeyd edilib.


"Azərsun Holdinq” tərəfindən istehsal olunan heçbir yağın tərkibində...


Laboratoriya ilə tanışlıq bitdikdən sonrajurnalistləri maraqlandıran suallara "Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirilmədirektorluğunun yağ məhsulları üzrə baş mütəxəssisi Tural Babayev cavab verib. O, ilk olaraq insan orqanizminin həm bitki həm kərəyağına ehtiyac duyduğunu bildirib və bunlardan birinin imtinasının və ya aşırıistifadəsinin insan sağlamlığı üçün zərərli olduğunu bildirib. Jurnalistlərinpalma yağı barədə sualını cavablandıran mütəxəssis bu mövzuda çoxlu sayda miflərinformalaşdığını bildirib. Tural Babayev dünyanın ən məşhur markalarının belə buməhsuldan istifadə etdiyini və dünyanın əksər ölkələrində palma yağındanistifadəyə heç bir məhdudiyyətin tətbiq edilmədiyini bildirib. Mütəxəssis buyağın təbii halda bərk formada olmasının da ona əlavə üstünlüklərqazandırdığını qeyd edib. Digər bitki yağları duru formada olduğu üçün onlarınbərkləşdirilməsi bəzən kimyəvi müdaxilə nəticəsində mümkün olur ki, bu da yağıntərkibində insan sağlamlığı üçün olduqca zərərli transyağların əmələ gəlməsinəsəbəb olur. Tural Babayev "AzərsunHoldinq” tərəfindən istehsal olunan heç bir yağın tərkibində trans yağlarınolmadığını bildirib və keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təminedildiyini qeyd edib.


Qeyd edək ki, "Azərsun Sənaye Parkı”nda 2014-cü ildəistismara verilmiş Yağ Fabrikində məhsullar insan əli dəymədən tamavtomatlaşdırılmış avadanlıqlarla istehsal edilir. Müəssisənin istehsal həcmiisə ölkədaxili tələbatdan təxminən iki dəfə çoxdur.