Jurnalist: “… mən qazandım”

Xalq artisti Könül Xasıyeva ilə jurnalist Pərviz Hüseynlinin Apelyasiya məhkəməsi başa çatıb.
Adalet.az xəbər verir ki, jurnalist bu barədə instagram hesabında paylaşım edib.
P.Hüseynli “Qısası, Apelyasiya məhkəməsində də mən qazandım . İkinci fotoda mənim sevimli və peşəkar vəkilim Babək Həmidov, onun ən yüngül proses apardığı mən və ən ağır ittihamla 5 il sonra azadlığa çıxardığı müvəkkili var. İlk dəfə idi həbsxanadan kənarda görüşürdülər. Film kimi həyat hekayəsi və hidrometeoroloqları belə işə cəlb edərək müvəkkilinə azadlıq bəxş edən qürur duyulası vəkilim” deyə qeyd edib.
Qeyd edək ki, , Könül Xasıyeva Pərviz Hüseyni məhkəməyə verməsinə səbəb jurnalistin onun haqda yazdığı tənqidi status olmuşdur. Məhkəmənin qərarından narazı qalan K.Xasıyeva növbəti dəfə Apelyasiya məhkəməsinə müraciət etmişdi.