adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyul 2022 12:50
786
HADİSƏ

İyunda və iyul ayının 14-dək həlak olan əsgərlərimizin siyahısı: Qəza, intihar, xəstəlik...

Son günlər Azərbaycan Ordusunda əsgər ölümlərinin sayı pik həddə çatıb.Bir çoxu intiharedərək həyatına son qoyub. Bu gün dəfn ediləcək əsgərimiz də özünü güllələyərək intihar edib.

Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Qeyd olunub ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ruslan Şərif oğlu Manafzadə avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

 

İyulda -14 gündə itirdiyimiz hərbçilər

13 iyul-1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrayıl oğlu suda çimərkən boğularaq ölüb. Namizəd Bayramovun müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu bildirilir.

9 iyul - Axşam saatlarında baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Novruz Tağı oğlunun həlak olması ilə bağlı məlumat təsdiq edildi. Novruz Tağıyev Tovuz rayonu Koxanəbi kənd sakini olub. Ailəli olan mərhum hərbçimizin 4 aylıq oğlu Uğur yadigar qalıb.

8 iyul- əsgər Hüseyn Ruslan oğlu Bayramovun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi təsdiq olundu. Suraxanı rayonunun Əmircan qəsəbəsindən olan. Ruslan 11 il uşağı olmayan Bayramovlar ailəsinin yeganə oğlu idi.

5 iyul -Əsgər Rəvan Zeynalabdin oğlu Tağıyev - ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb. R.Tağıyev Yevlax rayonunun Salahlı kəndindəndir. Onun hərbi xidmətini başa vurmasına 3 ay qalıbmış.

2 iyul - əsgər Nurlan Elşən oğlu Ağamalıyevin baş vermiş texniki qəza nəticəsində həlak olması faktını təsdiqləndi . Nurlan Ağamalıyev Cəlilabad rayonunun Musalı kəndində dəfn edildi.

 

İyun ayında həlak olan əsgərlərimizin siyahısı

30 iyunda dəf edilən Naxçıvandakı hərbi hissələrdən birində faciəvi şəkildə həlak olan əsgər Fazil Məmmədli evin tək oğlu olub.Ordubad rayonunun Vənənd kəndindən olan Fazilin özündən böyük iki bacısı var və onlar ailə həyatı qurublar.

Bədbəxt hadisə Əlahiddə Ümumqoşun Ordunun tərkibindəki hərbi hissənin tərkibindəki işçi qüvvənin fəaliyyəti zamanı baş verib. Belə ki, 18 yaşlı əsgər Fazil Məmmədli ehtiyatsızlıqdan hərbi yük maşınının altında qalıb və aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

21 İyun-Əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan kapitan Yolçuzadə Nizami Vahid oğlu xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Hərbçinin olduğu maşın onu döyüş postuna apararkən dərəyə aşıb!

14 iyun- Hərbi qulluqçusu, əsgər Riyad Məmməd oğlu Əliyarov Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində vəfat etdi.

12 iyun- Polkovnik- leytenant Fikrət Quliyev uzun müddət onkoloji xəstəlikdən dünyasını dəyişib.

12 iyun- Gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə dünyasını dəyişib.

9 iyun - Aprel döyüşlərinin və Vətən Müharibəsi iştirakçısı, Polkovnik-leytenant Şöhrət Namazov avtomobil qəzasında həlak olub.

5 iyun- Hərbi qulluqçu əsgər Abdullazadə Səid Məzahir oğlu avtomat silahdan atəş açmaqla özünə qəsd edib. Şamaxıdandır.

 

Qeyd edək ki, Müdafiə Nazirliyi bu ilin martın 3-dən “ Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlununun axtarışları davam edir” deyirsə də, hələki onları tapmaq mümkün olmayıb.


Əntiqə Rəşid