adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
20 May 2019 17:56
22318
ƏDƏBİYYAT

IV “Məmməd Araz poeziya günü” Qubada keçiriləcək

Layihə rəhbəri Qardaşxan Əzizxanlı bildiribki, dördüncü dəfə təşkil olunacaq "Məmməd Araz poeziya günü”nə Azərbaycan YazıçılarBirliyi ilə yanaşı, "Kainat” Gənclik Mərkəzi dəstək verir. Quba rayon İcra Hakimiyyəti öz növbəsində tədbirin keçirilməsi üçün nəzərdətutulan işlərin görülməsində yaxından iştirak edir. AzərbaycanDövlət Pedaqoji Universiteti Quba filialının, Quba Dövlət Sosial-İqtisadiKollecinin tələbələrinin, Quba rayon məktəb-lisey, texniki təmayüllülisey və tam orta məktəb şagirdlərinin iştirakı ilə keçirilənMəmməd Araz yaradıcılığına həsr olunmuş müsabiqəninqalibləri artıq məlumdur və onlar müvafiq şəkildə diplom, təşəkkürnamə vəqiymətli xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

"Məmməd Araz poeziya günü” törənlərinin2016-cı ildən keçirildiyini nəzərə çatdıran Q.Əzizxanlı deyib ki, ötən il, həmdə şairin 85 illiyi idi və bu münasibətlə respublika üzrə şairlər arasında şeirmüsabiqəsi elan olunmuşdu. Eyni zamanda rayon və paytaxt məktəbliləri arasındaM.Araz şeirlərinin ən yaxşı ifası üzrə də müsabiqə təşkil olunmuşdu. Qazaxrayonundan başlayan silsilə tədbirlər, daha sonra İsmayıllıda, Neftçalada,Bakıda davam etdi və şairin doğum günü ərəfəsində poeziya günlərinə yekunvuruldu. Tanınmış ictimai xadimlərin, elm, sənət adamlarının, tələbələrin,M.Araz irsinin araşdırıcılarının qatıldığı tədbirlər ölkənin aparıcıinformasiya agentliklərində, telekanallarda və mətbuatda geniş şəkildəişıqlandırıldı. İnanıram ki, bu dəfə də belə olacaq və "Məmməd Araz poeziyagünü” yenə geniş ictimaiyyətəçatdırılacaq.