İtkin düşən 21 yaşlı gəlin tapıldı
Göygöl rayonunda yaşadığı evdən qaçaraq itkin düşən gəlin tapılıb.
Rayonun Mollacəlili kənd sakini, 1997-ci il təvəllüdlü Asiya Elnur qızı Ağakişiyeva Gəncə şəhər ərazisində tapılıb. Gəlinin 11 gün ərzində harada yaşadığı da məlum olub. Belə ki, 11 gün əvvəl qayınatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək Gəncə şəhəri istiqamətinə gedən gəlin Gülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb.
Əvvəlcədən planlaşdırdıqları kimi şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada yaşayıb. A.Ağakişiyeva kosmetoloq olduğundan öz sahəsinə uyğun iş də tapıb.
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq şöbəyə gətirilən qadın ifadəsində bildirib ki, qayınana və qayınatası ilə yola getmədiyi üçün bu addımı atıb. O, bu 11 gün ərzində ailəsindən heç kimlə əlaqə saxlamadığını deyib. A.Ağakişiyeva dindirilmədən sonra ailəsinə təhvil veriləcək. (Report)
Digər Xəbərlər
28 Aprel 2024 09:46
Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15Azərbaycanda hakim intihar etdi
27 Aprel 2024 13:03Şuşada mina partladı - xəsarət alan var
26 Aprel 2024 18:136 gün əvvəl kanalda batan 13 yaşlı uşağın axtarışları davam etdirilir - VİDEO
26 Aprel 2024 15:57