adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Mart 2019 15:38
13004
MƏMLƏKƏT

İtirilmiş çörək ətri - SORĞU

Əvvəllər kənddətəndirə çörək yapılanda çörəyin qoxusu, ətiri hər tərəfə yayılardı. İndiçörəyin qoxusunu duymaq olmur. Bunun səbəbləri nələrdir?

Adalet.az mövzuylaəlaqədar sorğu keçirib. Cavabları təqdim edirik.



Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev: "Səbəbi ondan ibarətdir ki, müəyyən qruplar var,manapoliya yaradıblar. Xaricdən keyfiyyətsiz taxıl alırlar. Çörəyi bərbad günəqoyurlar. Azərbaycan xalqını çörəkdən məhrum edirlər.”






"Əməkdar jurnalist”və teletənqidçi Qulu Məhərrəmli: "Bunun çox sadə səbəbi var. Odövrdə torpaq da keyfiyyətli idi, buğda da, həmin buğdadan dəyirmanda üyüdülübalınan un da. Amma indi həmin çörəyin ərsəyə gəlməsində iştirak edən buelementlərin hamısı korlanıb. Yəni mühit və ekologiya həminki deyil, torpağaçax zərərli maddələr hopub. Buğdanın sortu dəyişib, güclü hibridləşmə gedib.Belə olan halda həmin o çörək ətri necə gəlsin?!







"525-ci qəzet”inbaş redaktoruRəşadMəcid: "Uşaqvaxtında olan qoxuların çoxu unudulur, çoxu yoxa çıxır. Rayona gedəndə və yaxudhansısa kəndə gedəndə təndir çörəyi bişirilir və bir balaca qoxusu gəlir, ancaqəvvəlki qoxu yoxdur. Görünür orda insanın uşaqlığının rolu var. Eyni zamandabuğdanın rolu var, bişirilən çörəyin içinə qatqıların rolu var. Mənim dəunutmadığım qoxulardandı çörək qoxusu.”







Aktyor Kamran Ağabalayev: "Qısa və lokanik cavab verəcəm. Sadəcə bu güninsanlar təndir çörəyinin qoxusunu duymaq istəmir. Səbəbi yalnız budur.”