adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Sentyabr 2018 19:09
22772
MƏDƏNİYYƏT

İti ilə intihar etmək istəyən qoca

Uzaq şəhərlərə, getmədiyimiz küçələrə, bilmədiyimiz mədəniyyətlərəfilmlərlə, kitablarla səyahət edirik. O uzaq şəhərlərdə gəzirik, gülürük,hüznlənir, sevinirik... Kinolar uzaqları yaxın edir bizlərə. Necə ki, kitablarbizi xəyalən yaratdığımız dünyaya aparır...

Elə isə bu yazı ilə II Dünya Müharibəsindən sonrakı İtaliyaya səyahət edək.Dövrün tanınmış rejissorlarından Vittorio De Sikanın"Umberto D” filmindən danışacağıq. Qeyd edim ki, "Umberto D” neorealizmcərəyanın son filmi sayılır. Rejissorun atasına ithaf etdiyi "Umberto D” filmiatasının gərçək həyat hekayəsidir. Film, professional olmayan aktyorlar,cəmiyyətdə önəmli yer tutmayan obrazlar və təbii məkanlar ilə neorealizmin birçox elementlərini özündə saxlayır.

Gələk, filmin mövzusuna.Pensioner bir dövlət məmurunun həyatla mübarizəsini, yaşamaq arzularını diləgətirir. Rejissor dünya müharibəsindən sonrakı İtaliya dövlətinininsosial-iqtisadi, siyasi, dini tərəfini göstərir bizə. De Sika ustalıqla birqocanın fonunda cəmiyyətin necə çirkləndiyini, saxtakarlığını ekran əsərinəçevirir. Açılışda bir qrup qoca pensionerlər meydanda dövlətə etiraz aksiyasıedirlər. Bağırırlar: "Ömrümüz boyu çalışdıq, pensiyamızı artırın. Təqaüdçülərəədalət”, "Acıq! Dolana bilmirik!” Ancaq polsilər qısa zamanda mitinqisonlandırırlar. Qocalar küçələrə səpələnir, gözdən itirlər. QəhrəmanımızUmberto baba kirayədə qaldığı ev yiyəsi ilə üz-gözdü. Belə ki, ona borcu var.Ev yiyəsi də qəti şəkildə konkret pulunu istəyir. Ya pul, ya da evi tərk elə.Bu qocanın da nə uşağı, nə arvadı, nə də bir dostu var. Yalnız və yalnız balacabir iti var. Ona o qədər bağlıdı ki… Ev yiyəsinə olan borca görə saatını satır.Daha sonra dəyərli kitablarını... İnsafsız ev yiyəsi pulun tamamını istəyir.Ağır duruma düşən qoca tezliklə xəstələnir. Monastrın xəstəxanasında bir həftəqalır. Bu həftə ərzində onun yanına qullquçu qız və iti gəlir. Pəncərədən itinisəsləməyi insana toxunur. Dəhşətli səhnədi. Kimsəsizliyi, tənhalığı rejissorüzümüzə çırpır. Pəncərə, it, qoca…


Borucunu ödəyə bilməməsi onuküçələrə salır. Burada köhnə tanışları ilə qarşılaşır, lakin onlar Umbertoyasoyuqanlı və laqeyd yanaşırlar. Filmin məqsədi sosial problemləri, insanlarındüşdüyü vəziyyətləri göstərməkdir.

Qoca dilənmək fikrinə düşür.Lakin qüruru, ləyaqəti buna imkan vermir.

Sonda Umberto D intihar etməkistəyir. İlk ağlına gələn fikir özünü qatarın altına atmaq olur. Parkda itiFlaykı bir balaca qıza vermək istəməsi uğursuzluqla nəticələnir. Qızın ailəsibuna razı olmur. Umberto iti ilə birgə intihar etmək qərarına gəlir. Bu zamaniti ona üsyan edir. Qatarın gəlişi səhnəsində itinin onun qucağından düşməsi vəqatarın uğultusu fonunda Umbertonun başını tutması onun katarsizi kimigörsənir. İti Flaykın ondan küsməsi isə heyvanların güclü hissiyatının olmasınıgöstərir. Umberto D ağacdakı qozanı ona atmaqla Flaykla barışır. Bu barışıqinsanın əzablarla qalib gəlməsini göstərir. Amansız səhnədi.


Umberto Domenikonun əhvalatınainanırsan, çünki o, həqiqətə yaxındır və çox həyatidir. Bu süjetin böyüklüyü dəhəyatı bizə olduğu kimi, bütün dəqiqliyi ilə göstərməsindədir. Film bütünəzab-əziyyətlərə, aclıqlara baxmayaraq yenə də ümid işığı qoyur. Sevgi,yaşamaq, mübarizə qoyur… Film mənə Knut Hamsunun "Aclıq” əsərini, babamı, küçəitlərini, yoxsulları xatırlatdı.