adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Oktyabr 2014 17:06
3444
MƏMLƏKƏT

İtalyan mətbuat nümayəndələri Azərbaycanda

Azərbaycanda səfərdə olan italiyalı media nümayəndələri - İtaliyaMətbuat Şurasının üzvü, "Terra" qəzetinin rəhbəri Sercio Bellucci və"İl sole domenika" qəzetinin baş redaktoru Armando Massarentti  Azərbaycan Mətbuat Şurasının (MŞ) sədriƏflatun Amaşovla görüşüblər. MŞ-dən Adalet.az-a verilən məlumata görə, görüşdəavropalı qonaqlara Şuranın iş prinsipləri barədə məlumat verilib.

Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum 2003-cü ildə Azərbaycanjurnalistlərinin I qurultayında yaradılıb. Əsas fəaliyyət missiyası media iləbağlı şikayətlərin araşdırılmasından ibarət olan MŞ ötən müddətdə bir sıranüfuzlu beynəlxalq media təşkilatları ilə əməkdaşlıq edib. Mövcud əməkdaşlıqçərçivəsində jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, söz və ifadəazadlığı sahəsində görülən işlərin daha da sürətləndirilməsinə xüsusi önəmverilib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetininbaş redaktoru Vüqar Rəhimzadə Şuranın şikayətləri araşdırma təcrübəsindənətraflı söz açıb.

İtaliyalı qonaqlar İtaliya Mətbuat Şurasının fəaliyyəti barədə, eləcədə bu ölkədə medianın durumu ilə bağlı məlumatlar veriblər. Mövcud istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparılıb.