adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Aprel 2019 18:45
12070
İDMAN

İtaliyada növbəti irqçilik

İtaliya futbolunda növbəti irqçilik qalmaqalı yaşanıb.

Qol.az-ın "Sky Sport İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, "Yuventus”un hücumçusu Moyze Kin A Seriyasının 30-cu turunun "Kalyari” ilə səfər oyununda (2:0) yerli azarkeşlərin irqçişüarları iləüzləşib.

Buna qaradərili futbolçunun 85-ci dəqiqədə vurduğu qolu sardiniyalı fanatların əyləşdiyi sektorun qarşısında qeyd etməsi səbəb olub. 19 yaşlı futbolçunun hərəkətini narazılıqla qarşılayan tərəfdarlar onu fitə basıb, təhqir etməyə başlayıblar.

"Yuventus”un müdafiəçisi Leonardo Bonuççi vəziyyətə müdaxilə edib, ortalığı sakitləşdirməyə çalışsa da, azarkeşlər irqçi şüarlar səsləndirməyə davam ediblər. Ardınca Turin klubunun digər qaradərili futbolçusu Blez Matiudi emosional şəkildə yerli publikaya cavab verib. Daha sonra görüşün baş hakimi Pyero Cakomelli stadionun diktorundan azarkeşlərə xəbərdarlıq etməsini istəyib. Ancaq bu da onları sakitləşdirməyib.