adalet.az header logo
  • Bakı 17°C
26 Yanvar 2023 15:01
254
DÜNYA

İT HÜRƏR, KARVAN KEÇƏR…

Hər gün Rusiyanın müxtəlif kanallarında Ukrayna müharibəsinə həsr olunmuş canlı yayımlar nümayiş edilir. Tanınmış adamlar, siyasətçilər, ekspertlər ABŞ başda olmaqla, Avropa dövlətlərini tərəf tutmaqda, Ukraynanı silahlandırmaqda ittiham edərək yıxıb-sürüyürlər. Bu canlı yayımlarda da iştirakçılardan mütləq biri, çox zaman isə ikisi erməni olmalıdı. Və bu ermənilər də Amerikadan və ya Avropadan danışdıqları yerdə mütləq onların dalına Qarabağ ermənilərini də soxmalıdılar.

O gün yenə canlı yayımların birində erməni ekspert ağzına gələni yedi. Guya həm birinci, həm də ikinci Qarabağ savaşında Azərbaycan döyüşlərə talışları və ləzgiləri göndərib ki, getsinlər ölsünlər, onların da sayı azalsın. Bu etnik xalqların problemlərindən də canları qurtarsın.

Əvvəla, Azərbaycanda nə talış var, nə ləzgi var, nə kürd, nə rus, nə yəhudi, nə də türk. Azərbaycanda vahid bir xalq var – o da Azərbaycan xalqı.

Başbuğ Alparslan Türkeşin bir məşhur kəlamını yada salmaq istəyirəm. Deyir: «Türk hara qədər türkdürsə, kürd də ora qədər türkdür. Kürd hara qədər kürddürsə, türk də ora qədər kürddür». İndi Azərbaycanda talış hara qədər talışdırsa, türk də ora qədər talışdır. Türk hara qədər türkdürsə, talış da ora qədər türkdür. Bu ləzgiyə də şamil edilir, kürdə də, yəhudiyə də, elə rusa da.

Və daha sonra. Bu erməni Rusiyanı Azərbaycanla qarışıq salıb. Hazırda Ukraynada vuruşan rus ordusunun tərkibində nə qədər türk - müsəlman, özbək, qazax, tacik, tatar və eləcə də azərbaycanlılardan ibarət məcburi qaydada göndərilmiş döyüşçülər var. Bəli, Rusiya vətəndaşısansa vətəndaşlıq borcunu yerinə yetirməlisən, bunu başa düşdük. Amma sərhəd qapılarını bağlamaqla, pasportlarını əlindən almaqla, hədələməklə qeyri-rus millətlərini müharibəyə cəlb etmək nə deməkdi?

O «Kto protiv» proqramını aparan zəvzək var ey, adı da yadımdan çıxdı, itoğlupara iki saat öz verilişində zəvziyir, gecə saat birin yarısında da gəlib Solovyovun proqramında hürür.