adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 May 2020 09:44
31339
ŞOU-BİZNES

İt əl çəkdi, motal əl çəkmədi: ”Heç sizə ayıb olmayıb?!”

Qalmaqallı imic dəyişikliyiətrafında söz-söhbət getdikcə daha da böyüyür. MüğənniNatavan Həbibidən sonra Röyanın imic dəyişimini hədəfə alan Səidə Sultan olub. MüğənniSəidə Sultan bir neçə gün əvvəl arxivini gün üzünəçıxararaq, həmkarını, eləcə də A.Ağakişiyevi imic oğurluğunda günahlandırıb.

Adalet.az xəbər verir ki,qalmaqallı paylaşımı ilə Röyanı ifşa edən Səidə sosial media hesabında canlıefir açaraq, qarşı tərəfi ittiham edib.

Müğənnisərt sözləri ilə Xalq artistini "ağ yuyub, qara sərib”:

"Ayaman, birdən kimsə oxşar material çıxarar. Mən də 2019-cu ildə çəkdirdiyimfotosessiyamdan şəkil paylaşdım. Yaxşı elədim. Sonra qız (Röya Ayxan - red.) məni"iqnor” edib, "ayıb olsun” dedi. Mənə ayıb niyə olmalıdır? Kimisə təhqir etməmişəm,mənliyini alçaltmamışam və ya şərəfinə toxunmamışam. Vaxtında nələr etmisiniz.Heç o vaxt sizə ayıb olmayıb!? Biz nəsə edəndə ayıb olur?”


Bir sözlə, S.Sultanın yazdığı iradlarla dolu rəyinə həmkarıN.Həbibidən dəstək gəlib. Natavan Röyanın qalmaqallı imic dəyişimini başınaqaxınc edərək, Səidənin paylaşımına bu sözləri yazmışdı:"İdeya mənbəyidir. Gündəbir şey fikirləşir, yazıq”

Mövzu haqqında dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyev dəöz reaksiyasını bildirmiş, Xalq artistiRöya Ayxanın imicinin daha əvvəl özü tərəfindən təşkil olunduğunu təsdiqetmişdi.

İmic söhbətini qalmaqala cevirən Natavanhazırda geri çəkilsə də, müğənni Səidə Sultanmövzunun başını hələ də buraxmır...

Əntiqə Rəşid