adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2019 16:30
34421
MƏMLƏKƏT

İt demə, ol dəxi bizim birimiz - Nicat Novruzoğlu yazır

İt Hüseyini dişlədi. Hüseyinin 4 yaşı var. Hazırdapeşəkar tibb işçilərinin nəzarəti altında olan uşağın vəziyyətin səhiyyənazirliyimiz stabil qiymətləndirir.

Cəmiyyətdə və sosial şəbəkələrdə sahibsiz itlərmövzusu gündəmə gəldi. Hər dəfə uşağı it dişlədiyi kimi. Və yenə də itlərinmüdafiəsinə qalxanlar, onun quduzluğunu müdafiə edənlər hay-həşir salmağabaşladılar ki, ay aman qoymayın itləri öldürəcəklər.

Virtual aləmdə kiçicik bir axtarış etsəniz görərsinizki, nə qədər insanı it dişləyib və nə qədər insan bu sahibsiz itlərin ucbatındadünyasını dəyişiblər. Əgər rəsmi məlumat istəsəniz rəsmi məlumatı səhiyyənazirliyi yaydı: Respublika ərazisində 2018-ci il ərzində heyvan dişləməsi vəcırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. 2019 -cu ilin ilk üç ayı ərzində5 minə yaxın şəxsdə bu cür hal qeydə alınıb.

3 aya 5 min rəqəmi bir daha onu göstərir ki, elə buildə dişlənilənlərin sayı azı 20 min olacaq. 2018-dəki kimi.

Qoruyun. Kim deyir ki, qorumayın. Amma qorumağındabir sərhəddi olmalıdı. İtlər qorunmasaydı sayı gəlib 500 minə çatardı?

Atalar deyib ki, it insanın sadiq dostudur. Tam da razı. Dostumuzdur. Amma bu o deməkdeyil ki, dost bizi qırıb qurtarmalıdı biz də onu öpüb əzizləməliyik. Bunu etmək olmaz. Ən azından ona görə ki, bizəiti dost calayan atalar sonra deyib ki, itlə dost ol,çomağı yerə qoyma.

Bu atalar misallarının bir pis işi ondan ibarətdirki, onların doğulma tarixini bilmək olmu. Yəni dostluq əvvəl təklif olunubyoxsa çomaq?

İndi iti müdafiə edənlər yapışıb iki əlli o dostluqsöhbətindən. İtə toxunmaq olmaz. Hərə bir təşkilat yaradıb hay həşir salır. Noolub? Nə yaxşı it beləhörmətli oldu? Daha doğrusu bizdən hörmətli oldu. Ötən il dişlənilən, hücuma məruzqalan o 20 min insanın hüquqlarını kim qoruyacaq? O iyirmi minin çəkdiyizülümü, iztirabı, əziyyəti kimin adına yazaq? Yoxsa qudurub üstünüzə hücum etməyimiziistəyirsiniz? Bununla gündəmdə olmaq istəyirsiniz?

İti hürə hürə başa düşürlər insanları isə al qanıniçində qəbul etmək istəmirlər. Az qalırlar desinlər ki, uşaq başın soxub itinağzına.

Xəzərrayonunda bu yaxınlarda bir hadisə baş vermişdi. Xəzər Rayon İcra Hakimiyyətin başçısı rayon ərazisində 300-ə yaxınsahibsiz it saxlayan şəxsi məhkəməyə vermişdi. Orada camaat uşağını məktəbəaparıb gətirə bilmirdi. İy də ki, öz yerində. İtləri müdafiə etməyə nə qədərqeyri hökumət təşkilatlarının nümayəndələri gəlmişdi. Hamısı da bahalı maşında,dəbli geyimdə. Kasıb camaatı topa, tüfəngə tutmuşdular. Az qalırdılar ki,camaatı itlərin saxlandığı yerə soxub itləri isə kəndə "şellənməyə” buraxsınlar.

Heç kim demir ki, it olmamalıdır. İt olmalıdır.Amma it yerində.

İndi biz it olub hürə bilmirik deyəbizim hüququmuzu qoruyan olmayacaq?

İtlər müvafiq qurumlartərəfindən mütəmadi olaraq toplanılıb, qısırlaşdırılıb, vaksinasiya prosesindənkeçirilməli və qeydiyyata alınaraq yenidən küçələrə, buraxılmalıdır. İti görənkimi üzərindəki işarədən bilməliyik ki, o vaksinasiya olunub.

Qeydlərə isə diqqətləoxuyun. Quduzluq xəstəliyizoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütünistiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlikinsana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər. İnsanı dişləmiş it 10 gün nəzarət altındasaxlanmalı və bu müddət ərzində quduzluğa aid olan əlamətlər müşahidə olunmasa,demək ki, onlar quduz deyil.

Quduzluq xəstəliyinin törədiciləri süzülənviruslardır. Xəstəliyin törədiciləri əksərən baş vəonurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənənvə ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmişyerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100% ölümlə nəticələnir.Quduzluğun epidemioloji xüsusiyyətləri aşağıdakılardır:

• insanlarınyoluxmasında əsas mənbə itlərdir;

• xəstələnənlərinəsas tərkib hissəsi yaş etibarilə fəaliyyətdə olan insanlar və uşaqlarolur;

• xəstə olanlardazədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlüktəşkil edir: baş, əl və əl barmaqları nahiyəsi;

• insanlarınaerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanlarınmövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik köməkalmaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir.

• xəstəliyininkubasiya dövrü 14 gündən 3 aya qədərdir

Və sonda bunu da bilinki, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, Azərbaycandaheyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə 500manat məbləğində cərimə tətbiq edilir.