adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 May 2024 18:03
640
DÜNYA

"O istiqamətdə çətin döyüşlər gedir" - Zelenski

Rusiya qoşunları Xarkov istiqamətində yeni hücum əməliyyatları dalğasına başlayıb. 

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Slovakiya prezidenti ilə keçirdiyi brifinqdə deyib. 

"Ukrayna onları orada qoşun, briqada və artilleriya ilə qarşıladı. Onlar bu istiqamətə daha çox qüvvə cəlb edirdilər, amma bizim hərbçilərimiz, komandanlığımız bunu bilirdi və düşməni qarşılamaq üçün qüvvələri hesablayırdı. İndi o istiqamətdə çətin döyüşlər gedir, biz onları atəşlə qarşıladıq", - deyə Zelenski bildirib.