İsveçin yeni xarici işlər naziri bəlli olub

İsveçin miqrasiya məsələri üzrə sabiq naziri Mariya Malmer Stenerqard yeni xarici işlər naziri təyin edilib.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bunu Baş nazir Ulf Kristersson çərşənbə axşamı parlamentin açılışında yenilənmiş kabineti təqdim edərkən deyib.
"Hökuməti çox yaxşı tamamlayacaq iki yeni nazir olacaq. Mariya Malmer Stenerqard xarici işlər naziri təyin ediləcək", - o bildirib.
Baş nazir, həmçinin Cessika Rozenkrantzın Aİ işləri üzrə yeni nazir təyin edildiyini açıqlayıb.
Qeyd edək ki, sentyabrın 4-də İsveçin sabiq xarici işlər naziri Tobias Billström istefa verdiyini açıqlayıb.
Digər Xəbərlər

Zelenski: "Ən sürətli hərəkət edən sanksiyalar Rusiyanın neft emalı zavodlarına zərbələrdir"

Polşa ərazisində NATO qüvvələrinin yerləşməsinə İCAZƏ VERDİ

Qətərin Baş naziri: İsrailin addımları Qəzzanın həlli ilə bağlı səylərə mane olmayacaq

Türkiyə nüvə reaktorlarının tikintisi üzrə milli layihəyə BAŞLADI

Türkiyə XİN Yunanıstana etiraz edib

ABŞ-la müttəfiqlik heç vaxt bu qədər güclü olmayıb - Netanyahu

Ukrayna müharibəyə bir gündə 172 milyon dollar XƏRCLƏYİR
