İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana səfər edəcək
Əsasən fransızdilli kantonlardan ibarət Qərbi İsveçrənin aparıcı şirkətlərinin rəhbərlərindən ibarət geniş tərkibli heyət Azərbaycana səfər edəcək.
Azərbaycanın İsveçrədəki Səfirliyindən verilən məlumata görə, oktyabr ayının 20-dən 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, eləcə də Azərbaycan şirkətlərinin nümayəndələri ilə işgüzar danışıqlar aparacaq.
Nümayəndə heyətinin tərkibinə İsveçrənin enerji, infrastruktur , bank və səhiyyə sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri daxildir. Səfər Azərbaycan və İsveçrə sahibkarları arasında yeni ticarət və işgüzar əlaqələrin qurulması məqsədi daşıyır. Səfər çərçivəsində həmçinin ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji və infrastruktur layihələrində İsveçrə şirkətlərinin iştirakının dəstəklənməsi imkanlarının müzakirəsi planlaşdırılır.
Məlum olduğu kimi, Cenevrənin də daxil olduğu Qərbi İsveçrə regionu neft başda olmaqla bir sıra enerji məhsulları və xammalın marketinqində mühüm rol oynayır.(trend)
Digər Xəbərlər
04 May 2024 14:08
İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20