İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətdən Adalet.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.3.2 və 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Aslanov Elşən Siyavuş oğluna tanışı Bakı şəhəri sakini Həsənov Aslan Baba oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman içərisində olan şalvarın ətəklərinə tikilərək gizlədilmiş 2 ədəd kağız bükülüdə 0.376 qram narkotik vasitə - heroin aşkar olunub.
Cinayət Məcəlləsinin 181.2.1; 181.2.3 və 181.2.5-ci maddələrinə əsasən həbs edilmiş şəxs Nurullayev Bəhruz Radikoviçin yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Qusar rayon sakini Daşdəmirov Mumin Marifoviçin üzərinə baxış keçirilən zaman cibində çəkisi 0.25 qram olan 4 ədəd çətənə tumu aşkar olunub.
Hər iki faktla əlaqədar araşdırma aparılır.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15