adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Aprel 2017 14:05
5643
MƏMLƏKƏT

İSTİLİK PULLARI NƏ VAXT ÖDƏNİLƏCƏK?

«Azəristiliktəchizat»ınəməkdaşları qapı-qapı düşərək abonentlərin borclarını ödətdirə bilmirlər

Hər il payız və qış mövsümündəmənzillərimizi qızdırmaq üçün biz müxtəlif yanacaqlardan istifadə edirik. Onlardanda ən ucuzu, ekoloji cəhətdən ən təmizi vətəhlükəsizi mənzillərin isti su ilə qızdırlımasıdı. Bu vəzifəni də Bakı şəhərində«Azəristiliktəchizat» yerinə yetirir.

Onu da qeyd edək ki, noyabrayının 15-dən aprelin 15-dək «Azəristiliktəchizat» evlərə istilik verir. Bu müddətərzində istiliklə bağlı yaranmış hər hansı problem operativ olaraq həmin qurum tərəfindənhəll edilir və mövcud çətinliklər aradan qaldırılır. Ancaq gəlin onunla razılaşaqki, «Azəristiliktəchizat»ın da «Azərişıq»a və «Azərqaz»a işlətdikləri yanacağa görəborcları olur. Bu borclar da uzun illər verilməyəndə hər il payız mövsümündə buüç qurum arasında müəyyən problemlər yaşanır.

Çünki «Azəristiliktəchizat»həmin qurumlara borcları milyonlarla ölçülür. Təbii ki, bu pul da vaxtında «Azəristiliktəchizat»ınhesabına keçirilməlidir ki, onlar da həmin qurumlara olan borclarını verə bilsin.

Təəssüflə qeyd etməliyikki, bu məsələlər hər dəfə payız mövsümündə böyük bir mübahisə mövzusuna çevrilir,borclu olan tərəf hər dəfə bir çox çətinliklərləüzləşir. «Azərişıq» və «Azərqaz» isə iki ayağını bir başmağa dirəyib deyir ki, mənimborcumu ver, mən də səni lazımi yanacaqla təmin edim.

Aydındır ki, bu borclarda payız və qış mövsümlərində istiliklə təmin olunmuş mənzillərin sahibləri tərəfindənödənilməlidir. Əksər abonentlər isə borcu ödəməkdən ya boyun qaçırır, ya da ki,vermək istəmir. Hətta imkanlı adamlar belə 5 ay işlətdikləri istiliyin pulunu «Azəristiliktəchizat»averməkdən imtina edir, min bir bəhanə ilə aradan çıxır.

Yazıq «Azəristiliktəchizat»ınəməkdaşları isə həm payız-qış mövsümündə, həm də yaz mövsümündə borcları yığmaqüçün qapı-qapı gəzməli olurlar. Heç çox vaxt əksər abonentlər yaz mövsümü gələndənsonra qapını onların üzünə açmırlar. Eşidəndə ki, qapını döyən «Azəristiliktəchizat»ınəməkdaşlarıdır, əksər abonentlər nəinki qapını açır, heç onların qapını döyməsinəbelə məhəl qoymurlar. Həmin əməkdaşlar da ayrı-ayrı mənzillərin sahibinin qapısınıdöyməkdən yorulur, axırda da kor-peşman idarəyə qayıdır.

Ancaq gəlin görək «Azərişıq»ınvə eləcə də «Azərqaz»ın çox yox, bir ay pulunu ödəməsən nələr baş verər? Çünki heçkəsə sirr deyil ki, həmin qurumlar əksər yerlərdə kart sisteminə keçiblər və bukartda da pul olmayanda avtomotik olaraq işıq və qaz təchizatı mənzillərə dayandırılır. Bax onda mənzil sahibiməcbur olub iki daşın arasında ticarət mərkəzlərindən birinə qaçır, orda karta yaqaz yüklətdirir, ya da işıq. Bundan sonra kartı sayğaca qoyur və yenidən mənzillərəenerji verilir.

Bəs onda «Azəristiliktəchizat» neyləsin? Onların ki,hələ bu cür texniki imkanları yoxdur. Bizim millət də qayda-qanunu və intizamı biro qədər də sevən xalq deyil. Yəni kimsə gəlib məcbur etməsə, çoxları həmin puluödəməkdən vaz keçir. Ataların belə bir məsəli var: «Yüz dəfə İmam üçün ağlayanda,bir dəfə də Yezid üçün ağlamaq lazımdı». Ürək ağrısı ilə deməliyik ki, bizim əksərabonentlər istilik pulunu ödəməkdən yayınırlar. Kasıbları başa düşmək olur. Bəsonda imkanı olan adamlar niyə «Azəristiliktəchizat»ın pulunu vaxtında vermək istəmirlər?!

Ötən ilin noyabrın 15-dənbu ilin aprelin 13-nə qədər Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki binalarınhamısına yüksək təyziqli istilik verilib. Yəni qışın oğlan çağında bu yaşayış sahəsindəəhalinin istiliklə bağlı heç bir çətinliyi olmayıb. Hətta bir gün belə mənzillərəistilik kəsilməyib. Bir çox halda qəzalar baş verərkən «Azəristiliktəchizat»ın əməkdaşlarıqışın şaxtasında, qarında mövcud xətlərdə yaranmış problemi operativ surətdə aradanqaldırıblar və bir neçə saatdan sonra evlər istiliklə təchiz olunub.

Beş ay başa çatır. İndigəlin görək əhalinin neçə faizi «Azəristiliktəchizat»a öz borcunu ödəyib? Bununlabağlı həmin qurumla əlaqə yaratdıq. Öyrəndik ki, istilikdən istifadə edənlərin heç15-20 faizi borclarını tam ödəməyib. Düzdür, ödəniş var, oda çox cüzi bir miqdarda.Bax, belə olan təqdirdə növbəti ildə «Azəristiliktəchizat»ın əməkdaşların hansımaraqla əhaliyə xidmət göstərəcək. Gərək biz onların xidmət pullarını və borclarımızıvaxtında ödəyək ki, bu qurumun da digər qurumlara olan borcları verilə bilsin. Üstəlikdə «Azəristiliktəchizat»ın nə qədər işçisi var. Onlar da əməkhaqqı almalıdır, yayox?!

Çox uzağa getməyəcəm, eləkonrket olaraq özümdən danışacağam. Oktyabr, noyabr aylarında elektrik enerjisindənistifadə etdiyimə görə, hər iki ayda 80 manatdan çox pul ödəmişəm. Amma 5 ay «Azəristiliktəchizat»axidmətə görə 35 manat pul vermişik. İndi görünbir ayda elektrik enerjisinə verdiyimiz pulu 5 ayda ondan da az miqdarda«Azəristiliktəchizat»a veririk. Deməli, sadəcə olaraq biz bir qədər dövləti, xalqıdüşünmürük. Elə fikirləşirik ki, min bir bəhanə ilə işlətdiyimiz istiliyin pulunuödəməyək. Ya deyirik imkanımız yoxdur, ya da qapı döyüləndə onu açmırıq. Və bu yazıq«Azəristiliktəchizat»ın əməkdaşları da qapıları döyürlər, döyürlər, sonra əliboş,üzüqara idarəyə dönürlər. Təbii ki, belə anda idarənin də rəisi əsəbləşəcək, puluala bilməyən əməkdaşı danlayacaq və bəzən də onu işdən azad edəcək.

Yəni kütləvi surətdə abonentlərtərəfindən istilik pulu ödənilməyəndə təbii ki, həmin qurum çıxılmaz vəziyyətə düşəcək.Əgər istəyirik ki, növbəti payız-qış mövsümündə mənzillərimiz istiliklə təmin edilsin,onda gərək hamı gecikmədən «Azəristiliktəchizat»a olan borcunu vaxtında ödəsin.

Heç onları qapı-qapı gəzməyəvə qapını döyməyə imkan vermək lazım deyil.Çünki qapını döyənlər də, pul yığanlar da Azərbaycan vətəndaşıdır. Təbii ki, onlarıda anlamaq, başa düşmək lazımdır. Əhali bir qədər maariflənsə, öz hüquqlarını anladığıkimi başqalarını da qiymətləndirsə, bu cür problemlər təkrarlanmaz və mənzillərimizəvaxtında istilik verilər.

Faiq QİSMƏTOĞLU