İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
Son günlər regionda müşahidə olunan isti və quraq havanın yerini tədricən sərin küləklərə verəcəyi gözlənilir.
Adalet.az xəbər verir ki, hava tətbiqi proqramlarında Bakıda növbəti həftənin əvvəlindən temperaturun düşəcəyi qeyd edilir.
Xüsusilə gələn həftənin sonu iki gün yağış yağacağı proqnozlaşdırılır.
Bundan başqa, avqustun ikinci yarısından etibarən regiona soyuq hava kütlələrinin daxil olacağı ehtimal edilir. Rusiya meteoproqnoz mərkəzinin sinoptiklərinin yaydığı məlumata görə, paytaxt Moskvada dolu, yağış yağacaq, intensiv külək əsəcək.
Gürcüstanın dağlıq rayonlarında da leysan, şimşək, dolu və güclü külək müşahidə olunacaq.
Azərbaycanın şimal rayonlarında isə gələn həftə yağış yağacağı gözlənilir.
Digər Xəbərlər
23 Sentyabr 2026 04:05
Payız gəldi...
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14


Bakı -°C

