adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Mart 2019 10:37
115239
MÜSAHİBƏ

"İstəyirəm ki, haqqımda film çəkilsin": Xalq artisti "Ədalət"ə danışdı - MÜSAHİBƏ

İşlərimi bitirib yorğunluğumu çıxarırdım. Özümükresloda rahatlayıb işarələr barədə düşünürdüm. Axı həyat işarələrdən ibarətdir.Biz bu işarələri çözə-çözə həyatı dərk edirik. Atalar boş yerə deməyib ki, arifəbir işarə də bəsdir. Guya düşünə-düşünə yorğunluğumu çıxaracaqdım ki, daha dayoruldum. Ayağa qalxdım, qutudan bir siqaret götürüb koridora tərəf getmək istəyirdimki, otağımızın qapısı açıldı. Arif Quliyev içəri daxil oldu. Duruxdum. Bu vaxt?Arif Quliyev? Niyə? Üzümə təbəssüm qondurub Arif müəllimə yaxınlaşdım.Görüşdük.

- Arif müəllim, siz hara, bura hara?

- Bir ziyalıkimi, vətəndaş kimi, xalq artisti kimi özüm gəlmişəm redaksiyanıza.

- Nə gözəl! Çox xoş olar sizi dinləmək.

Yerimizi hazırladım. Əyləşdik. Arif müəllimboğazını arıtlayıb danışmağa başladı.

- Sonzamanlar ardıcıl olaraq davam edən inkişafı, Azərbaycanın gözəlliyi, dirçəlişi,insanları rifahı, insanlara olan qayğını görüb danışmaq qərarına gəldim. UluÖndər Heydər Əliyev də, İlham Əliyev cənabları da and içəndə bu sözü dilə gətiriblərki, mən hər bir azərbaycanlının prezidentiyəm. Yetmişə yaxın yaşım var, görürəm,hiss edirəm ki, insanlara olan bu qayğı illər ərzində heç vaxt azalmayıb. Əksinəçoxalıb və yükək dəyərləndirilib. Mən tez-tez xalqın arasında olan adamam.Tez-tez insanlarla görüşürəm. Bölgələrə, rayonlara gedəndə insanlar üçün görülənişlərin şahidi oluram. Hər yerdə prezidentimizə olan münasibət necə aydın, necətəmiz, necə qərəzsiz olduğunun da şahidi oluram. İnsanların üzü gülür, hər bircəhətdən bu dövlətdən razıdırlar. Hər sahəyə olan qayğı, istər sənayeyə, istəridmana, istər səhiyyəyə, istərsə də mədəniyyətə olan münasibət yüksəkdir, dəqiqdir.İnsanlarda olan ruh yüksəkliyi məni sevindirir. İncəsənətimizə olan diqqətsəgöz önündədir. İnsanların onlara olan sevgisini hiss edib sənətkarlara adverilir, təqaüd verilir. Musiqiyə, xüsusilə muğama xüsusi diqqət göstərənbirinci xanım Mehriban Əliyeva da təyin olunduğu yüksək vəzifədən insanlarınxeyrinə istifadə edir, onlara qayğı göstərir. Bu qayğı olub, var, olacaq da.Düşünürəm ki, bu görüntülərə heç kim kölgə sala bilməz. Bu, hər şeyin önündə insan amilinin durduğununtəsdiqidir. Bugünlərdə Azərbaycan prezidenti İlham Əliyev cənabları və birincixanım Mehriban Əliyevanın incəsənət xadimlərini qəbul etməsi, onların problemlərinidinləməsi, hər bir aspektdə onlara dayaq durması, problem və gərəkli olanqayğını göstərmək buna bariz göstəricidir.

Ayaqüstü sualımı verim, keçək əyləşək.


- Siz bu görüşdə iştirak etmək istəyərdiniz?

- Bu sualınbaza hissəsinə söykənərək mən hörmətli nazirimiz Əbülfəs Qarayevin sözlərinə şərikəm.Hamımızın və hər bir sahə üzrə nümayəndələrimiz orada idi. Onlar öz fikirlərinibizim də əvəzəimizdən dedilər.

Arif müəllimin səsindəki yorğunluğu açıq-aşkar hissedirdim. Çünki özüm də yorğun idim. Dedim, madam ki, söhbətimiz bu yorğunvaxtıma tuş gəlib, mən də Arif müəllimi yorum.

- Arif müəllim, madam ki, gəlmisiniz, biraz da söhbətləşək.

- Olar, söhbətləşək.

Başladıq...

- Bu gün dediyiniz kimi incəsənət sahəsinədövlət tərəfindən maddi dəstək var. Hal-hazırda çəkilən filmlərin əksəriyyətikomediya janrındadır. Bu filmlərdən razısınızmı? Sizi bu filmlərə niyə dəvətetmirlər?

- Filmlərdənrazı olub-olmamağımı soruşursunuz, amma mən ekspert deyiləm axı. Mən ancaq özoynadığım rollar haqqında Arif Quliyev kimi nəsə deyə bilərəm. Prezidentimiz bugün film sahəsinə maddi dəstək verir. Kinomuz da inkişafdadır.

- Yaxşı, bəs bir vətəndaş kimi nə deyə bilərsiniz?

- Yenə deyirəm,mən bir vətəndaş kimi də çəkildiyim filmdən danışa bilərəm. Biri var dövlətstrukturunda çəkilən filmlər, onun öz idarəsi var – Azərbaycanfilm, biri dəvar, özəl. Əvvəllər senzura var idi, filmlər yoxlanışdan keçirdi. "Bəxtüzüyü”ndə çəkilmişəm, filmdən razıyam. Tahir və Cabir İmanovların "Bəxt üzüyü2” filmində çəkilmişəm, bu filmdən də razıyam. Fikirlər əlbəttə ki, müxtəlifdir.Biri deyər, yaxşıdır, biri deyər, pisdir. Deməyim budur ki, biri var, pis mənadatənqid edəsən, biri də var, yaxşı mənada. Ola bilməz ki, Arif Quliyevdə hər şeyəladır, amma demək olmaz ki, bunu atın çölə. Təzəlikcə "Nazlı”, "İki tüstü”,"Yüz kağız”, "Halal pullar” , "Biznesmen”, "Yumurta” filminə çəkilmişəm. Hamısıözəl sektorun məhsulu olan filmlərdir. Çoxusu da məni qane edir.

- Bəzi aktyorlar tərəf müqabillərini özləri seçirlər.Bəs siz necə?

- Mənə elə gəlirki, tərəf müqabilini rejissor seçməlidir. Necə ki, məni rejissor bir obraza dəvətedir. Mənim işim ondan ibarətdir ki, öz rolumu, mənə tapşırılan işi öz səviyyəsindəifa edim. Ola bilər ki, tərəf müqabilim cavan bir aktyor olar, yaxud da təcrübəlibir sənətkar. Əgər rejissor onu da seçibsə, bu seçimə hörmətlə yanaşmaqlazımdır.

- Qonorardan necə, ondan da razısınız?

- Bəli,razıyam. Ola bilər, zəif seriallar, filmlər çəkilir, o da zamanla düzələcək.Birmənalı şəkildə "bu seriallar, filmlər yığışdırılsın!” demək olmaz. Dama-damagöl olar. Hər şey yaxşıya doğru gedir.

- Arif müəllim, yaşınız sizə kifayət qədər imkanverir ki, nələri açıq şəkildə deyə biləsiniz. Sənət yoldaşlarınızdan dəfələrləteleviziya haqqında, filmlər haqqında sərt tənqidlər eşidirik. Televiziyadan darazısınız?

- Şəxsən mənteleviziyadan da razıyam. Bilirsən, televiziyanın öz işi, öz üslubu var. Mənnecə müdaxilə edə bilərəm ki, bu veriliş niyə belədir?! Baxıram, xoşuma gəlir.

- Sovet dövrünün televiziyası başqa idi, indi tamambaşqa yönə gedir.

- Ondasenzura var idi də.


- Hansı kanallara baxırsınız?

- Aztv-ninhazırladığı bütün verilişlərə baxıram. Speys-ə baxıram, Atv-yə baxıram, məniqane edir. Bircə bəzi verilişlər olur, reytinq xatirinə adamları vuruşdururlar,biri küsüb gedir, o birisi dalaşır, bunun tərəfdarı deyiləm. İnsanlarıbarışdırmaq əvəzinə, bunlar başqa şey edirlər. Əvvəllər başqa cür idi, ssenariyazılırdı, baxılırdı, təsdiq olunur, indi ssenari yoxdur axı. Mövzu qoyulur, ətrafındamüzakirələr. Redaktorlar əvvəlcədən adamları düzgün seçməlidir ki, verilişdəbirinin sözü o birisinin boğazından keçməyib dava-dalaş yaranmasın. Şükür ki,indi AZTV-də bəddi şura yaradıldı. İlk addımı bizim ana televiziya atdı. Mən ofikirlə razıyam ki, həmin şuralarda mütəffəkkir fikirli, yüksək mədəniyyətli,intellektual səviyyəli üzvlər olsun.

- Son dövrlərdə sizin dolanışığınızla bağlı məlumatlaryayılırdı ki, dolana bilmirsiniz.

- Yalan söhbətlərdir,mənim heç vaxt problemim olmayıb. İnsan xəstə olar da. Bir dəfə prezidentimizürək əməliyyatıma, bir dəfə də Mehriban xanım beyin əməliyyatıma kömək edib.Necə ki, Ramiz Əzizbəyliyə, mənə də elə. Kimsə eşidir ki, filankəs xəstədir,şişirdib başqa cür yayır. Bu da doğru yanaşma deyil. Çünki qayğı var, dövlətözü yaxşı bilir nə etmək lazımdır. Yollara baxırsan, adamın ürəyi açılır,rayonlara gedirsən, abadlaşdırılıb, hərə öz sahəsində insanlara xidmət edir. Eləmətbuatın özü də. Bizi tanıdır, təbliğ edir. Biz düzü də, əyrini də qəzetlərdən,saytlardan oxuyuruq. Hal-hazırda "Ay yay yay” serialına çəkilirəm. Yaxşı damaaş alıram. Ən əsas maaş deyil, serialın özü maraqlı olsun. Məcbur deyil ki,hamı Arif Quliyevi sevsin. İndi yaşlı nəsil haqqında da filmlər hazırlayırlar.Prezident özü də dəstək verir bu işə. Bir şey eşitdim, deyirlər ki, guya kimsədeyir, sonra bizə qayğı göstərirlər. Əlbəttə ki, nazirlik özü fikirləşir, təqdimedir. Nazirliyə kimsə deyə bilməz ki, bunu belə elə.

- Arif müəllim, ola bilməz ki, sizin narazıolduğunuz nəsə olmasın.

Arif müəllim bu məqam əlini alnına vurub bir xeylidayandı. Deyəsən, mənim niyyətimi başa düşüb bezmişdi.


- Mən indiyəkimi heç vaxt heç nədən narazı olmamışam. Hər şeyi yaxşı insanlar qismət edir.

- Sizi ancaq komik obrazlara dəvət edirlər. Narazıdeyilsini? Heç dramatik obraz oynamaq istəməmisiniz?

-Bilirsiniz, bu, rejissorlardan asılı olan şeydir. Mərahim Fərzəlibəyov "Mənimağ şəhərim” filmində məni ciddi bir obraza çəkib. Arzum var, ammarejissorlardan təklif olmalıdır. Bu barədə də rejissorlardan narazı deyiləm.

- İndi komediya filmləri daha çoxdur, nəinki dram.Bunun səbəbi sizcə nədir?

- Ona görə komediyayaüstünlük verirlər ki, camaat əylənmək istəyir, gülmək istəyir.

- Bəlkə cəmiyyətdəki problemlərlə bağlıdır? Onlarelə bir gərgin həyat yaşayırlar ki, gülmnəyə ehtiyacları yaranır.

- Axı cəmiyyətdəelə böyük bir problem yoxdu ki, komediyaya qaçsınlar. Onlar yaxşı əsər istəyirlər,yaxşı ifa görmək istəyirlər.

- Niyə dram yox, komediya?

- AzDrama-yagəlin, hər axşam zal dolu olur. O birilərə də gedirlər.

- Məsələn, o vaxt "Mozalan " var idi.

- "Mozalan”ıyenidən yaratmaq istəyirlər və bu yaxında prezidentimiz kinonun inkişafına pulda ayırıb.

-Yetmişə yaxın yaşınız var. Bu yaşda istədikləriniziedə bilmisinizmi?

- Edə bilməmişəm.Özümdən narazıyam.

- Şükür, axır ki, nədənsə narazı oldunuz.

- Ona görəki, daha yaxşı, daha çox obrazlar yarada bilərdim. İstədiyim əsərlər olmayıb.Musiqili Komediya Teatrında "Evlənmək” tamaşasındakı obrazım, "Məşədi İbad”dahambal obrazım xoşuma gəlib. Məsələn, Məşədi İbadın özünü oynamaq istəmişəm.Amma deyiblər ki, sənin kompleksin uyğun deyil. "Azərkompleks”ə müraciət etmişəmki, mənim niyə kompleksim yoxdur, onlar da deyiblər ki, Allah səni beləyaradıb. (gülür) İstəmişəm Otellonu oynayım. Gərək rejissor ola, məni seçə,sonrası da ki... İstəmişəm ki, böyük sənətkarlar haqqında filmlər çəkilsin vətarixdə qalsın. Nəsibə Zeynallı,Hacıbaba Bağırov, Siyavuş Aslan, Bəşir Səfəroğlu haqqında film çəkiblər. Amma yenədə azdır və onlar davam etdirilməlidir.

- Arif müəllim, Türkiyədə Kamal Sunal "Şaban”obrazını yaratdı. Təbii ki, bu rejissorların da uğurudur. İtaliyada Çelentanonunbelə filmləri var. Niyə bizdə yoxdur? Niyə sizdən bir obraz yaratmadılar?

- Düzdür. Eləəsərlər olmadı ki, məndən də istifadə eləsinlər. Səbəb budur.

- Bəlkə elə sizə görə yazılmalı idi? Məhz sizdənkomik bir obraz yaratmalı idilər, silsilə filmlərə çəkilməli idiniz.

- Bilmirəm,bəlkə də. Baxın, məsələn, rejissor Yavər Rzayev "Sarı gəlin” əsərini yazmışdı,sırf mənim üçün. İntahası, öz səhlənkarlığım ucbatından alınmadı. DəfələrləEyvaz Borçalı çağırdı, amma konsertlər çox idi, başım qarışıq idi. Sonra "Ac hərifllər”də Zəlbəli obrazını mənə vermişdilər.

- Bəs niyə oynamadınız?

- Yaşar Nuridə çox təkid elədi. Amma bilmirəm, nədənsə o obrazdan da qaçdım. İndi çoxpeşman olmuşam. Sonuncu dəfə "Azərbaycanfilm”in çəkdiyi "Axırıncı dayanacaq”filmində çəkilmişəm. Bu filmdə baş roldayam. Bilirsiniz də, mən həmişə kiçikrolları ifa etmişəm.

- Televiziyada verilişlərdə görünmürsünüz.

- Baxıram,seçirəm, söz-söhbət olan yerlərə getmirəm. Mənim üçün əsas işimdir.

- Arif müəllim, ədəbiyyatla aranız necədir?

- Əladır.Son dövrdə Çingiz Abdullayevin kitablarını oxumuşam. Füzulini oxuyuram, Nəsiminioxuyuram.

- Bəs müasir şairlərdən?

- Ramiz Rövşənisevirəm. Onun şeirlərində hiss, fəlsəfə var. Vaqif Bəhmənlini oxuyuram. Həm dədostumdur. Vaqif Bayatlını oxuyuram. Nüsrət Kəsəmənlini, Vaqif İbrahimioxumuşam. Mütaliəsiz insan solan ağaca bənzəyir. Bir kitabda hər şey yoxdur, hərkitabdan bir şey götürüb hər şeyi yaradırsan. Ağıllı ilə çoxbilmişin arasında fərqnədir? Ağıllı həmişə çalışır ki, düşdüyü vəziyyətdən çıxmağı bacarsın. Ammaçoxbilmiş adam nə o vəziyyətə düşür, nə də o vəziyyətdən çıxmağı fikirləşir.

- Siz çoxbilmişsiniz, yoxsa ağıllı?

- Hamıdanazbilmiş. Həmişə qarşındakını özündən çoxbilmiş hesab elə. O zaman o sənin nə dərəcədəağıllı olduğunu biləcək. İndi bir cavan aktyora irad bildirəndə, məsləhət verəndəüzünü turşudur, yaxşı qəbul eləmir. Elə bilir ki, paxıllıq edirsən. Amma mənbütün aktyorları, bütün gəncləri sevirəm. Mənə kimsə səhvimi deyəndə, həmişəçalışmışam ki, səhvlərimi düzəldim. Səni istəməyən adam səhvlərini demir. Səhvlərinideyən adam sənin dostundur, səni sevən adamdır.

- Başqa peşəyə, sənətə həvəsiniz olubmu?

- O vaxtlarjurnalist olmaq istəyirdim. Bir dostum var idi, Aydın Kərimov. Əzizə Cəfərzadəninkursunda oxuyurdu. Texnikomdan qaçıb onların dərslərində otururdum. Mingəçevirdəişləyəndə oranın "Mingəçevir işıqları” qəzetində şəhərin mədəni həyatından məqalələryazırdım. "Azərbaycan gəncləri”, "Baku raboçi”, "Bakı və Baku”, "Vışka” qəzetinəteatrdan yazı yazılar yazırdım. Aktyor işləyə-işləyə yazırdım yazılar.

Qəfil redaksiyamızın işçilərindən biri Arif müəlliməsalam verir. O da tez-tələsik Miriş kimi "salam-sağol” deyib sözünə davam edir.

Buyaxınlarda metronun çıxışda beş-altı nəfər məni əhatəyə aldı. Dedilər, Arif müəllim,nə yaxşı ki, sizi gördük, bilirsiniz, biz sizi 30 ildir izləyirik. Dedim,qardaş, başına dönüm, mən sizə neyləmişəm axı? Dedilər, yox e, sənətinizi izləyirik(gülür). Həmişə çalışmışam ki, yumoristik çıxışlarım təkcə güldürməsin, həm dədüşündürsün.

- Hansı aktyorlarla yaxınlığınız olub?

- Yaşarlaçox yaxın dost olmuşuq. Yadıma bir şey düşdü, onu danışım. O vaxt Yaşargil məcburiköçkünlər müalicə alan hospitala gediblər. Həkim gəlib deyib ki, bu xəstələriçox güldürməyin, ziyandır. Yaşar da deyib ki, bizdən ziyan yoxdur, siz ArifQuliyevdən qorxun, siz bunu gələndə ona deyin.

- 70 yaşınıza ən böyük hədiyyə nə olar sizin üçün?

- 2020-ci ilmənim həyatımda əlamətdar hadisə olacaq. 70 yaşım tamam olur. İstəyərdim ki, mənimhaqqımda bir film çəkilsin. Bütün arzularımı Allah mənə qismət eləyib. Ən böyüknemətim, varım, dövlətim, insanların sevgisi, məhəbbətidir. Və Zəlimxan Yaqubunşeirilə bitirmək istəyirəm:

Göy yeri,yer göyü, dağ dağı sevdi,

Tanrı naxışvurdu, nəqqaşı sevdi,

Göz gözəboylandı, qaş qaşı sevdi,

Biz niyəsevməyək bir-birimizi.

Arif müəlim harasa tələsdiyini deyir. Bu, bizimsöhbətimizə qırmızı işığı yandırmaq idi.

- Mümkünsə bir ayaqüstü şəkil çəkdirək Arif müəllim.

Hə, yarım saat öncə düşündüyüm işarələr boşunadeyildi. Arif Quliyevə bir işarə də bəsdir ki, şəkil çəkdirəsən.