adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 May 2017 17:31
54739
MƏMLƏKƏT

İSTEHSALAT QƏZALARI

Ölkəmizin əksər şəhərlərindəuzun illərdir ki, yaşayış binaları və digər sosial obyektlər inşa edilir. Onu daqeyd edək ki, bu binaların tikilməsi zamanı ilk növbədə bütün təhlükəsizlik texnikasıvə qaydalarına əməl edilməlidir. İndi gəlin görək doğurdanmı ayrı-ayrı tkinti şirkətləribu «göydələnlər»i ucaldarkən mövcud qanunlara və qaydalara əməl edirlərmi?

Ümumiyyətlə, adiyyətiqurumların apardığı yoxlamalar zamanı bir daha aydınlaşıb ki, əksər tikinti şirkətlərimövcud qanunları tez-tez pozur, inşaat işləri görən fəlhələrin təhlükəsizliyiniyüksək səviyyədə təmin edə bilmirlər. Ən qəribəsi də odur ki, bəzi tikinti şirkətlərielementar qaydalara əməl etməyi yaddan çıxarırlar. Məsələn, onlar on altı mərtəbəlimənzil tikərkən fəhləyə adi dəbilqəni belə vermirlər. Düşünürlər ki, bunsuz da keçinər.Düzdür, bir çox halda inşaat işləri dəbilqəsiz də ötüşür. Amma bir də görürsən ki,bir hadisə zamanı yuxarıdan düşən hər hansı inşaat materialı gəlib dəydi dəbilqəsizfəhlənin başına. Təbii ki, belə anda da dəbilqə yoxdursa, həmin inşaat materialınınzərbəsi nəticəsində fəhlə ya öləcək, ya da ağır xəsarət alacaq. Deməli, hər şeyAllahın ümidinə qalır.

Bu gün Bakı şəhərindədə çoxlu sayda yaşayış binaları və sosial obyektlər tikilir. Son vaxtlar doğurdanda şəhərimizdə görülmüş möhtəşəm abadlıq işləri onu bir qədər də gözəlləşdirib.Ancaq bu gözəlliyin içində bəzən ayrı-ayrı tikinti şirkətlərinin səhlankarlığı üzündənneçə-neçə fəhlənin həyatı puç olur. Yəniyüksək mərtəbəli binaları tikərkən təhlükəsizlik qaydalarına tam əməl edilmir;ya onların belində təhlükəsizlik kəməri olmur, ya da başlarına dəbilqə qoymurlar.

Heç uzağa getməyək.Bakının özündə son vaxtlar tikinti şirkətlərinin təhlükəsizlik qaydalarına əməletməməsi nəticəsində neçə-neçə fəhlə yüksəlikdən yıxılaraq həlak olublar. Ona görəhəlak olublar deyirik ki, əgər tikinti şirkətləri bu işə məsuliyyətlə yanaşsaydı,təhlükəsizlik qaydalarına əməl etsəydi, həmin fəhlələr də yüksəklikdən yıxılaraqölməzdilər.

Özü də küləkli, çovğunluhavalarda bir çox halda yenə təhlükəsizlik qaydaları pozulur. Bu yaxınlarda Bakıdaküləkli havada tikinti işləri görərkən bir fəhlə binadan yıxılaraq dünyasını dəyişib.Yaxud da Şıx çimərliyinin yaxınlığındakı binalardan birində inşaat işləri aparanfəhlələr yuxarı tavanın uçması nəticəsində onun altında qalaraq vəfat ediblər. Aditəhlükəsizlik qaydasına əməl edilsəydi, təbii ki, bu cür faciəli hadisə də baş verməzdi.

Çox təəssüflə qeydeləməliyik ki, bu cür ölümlə nəticələnən istehsalat qəzaları zamanı tikinti şirkətlərihəmişə «sudan quru» çıxırlar. Ən yaxşı halda həmin tikintinin aşağı vəzifəli şəxslərindən biri cinayət məsuliyyətinəcəlb edilər və o da bir müddətdən sonra «rahat nəfəs alar». Yenə evi yıxılan vəqanı batan həmin o kimsəsiz fəhlədir.

Əksər halda tikintişirkətləri işə götürdükləri fəhlələrlə əmək müqaviləsi bağlamırlar. Bunu dəfələrləDövlət Əmək Müfəttişliyinin əməkdaşları da aşkarlayıblar. Bu da onunla bağlıdırki, həmin müqavilələr bağlanmayanda sosial müdafiə fondlarına fəhlələrdən pul tutulmurvə istehsalat qəzaları zamanı onlara kompensasiya ödənilmir. Ən yaxşı halda qəzazamanı dünyasını dəyişmiş fəhlənin ailəsinə «kiritmək» üçün 5-10 manat pul verirlər.Bu 5-10 manatla da həmin adam bilmir ki, rəhmətə gedənin yas məclisini yola versin,yoxsa qəbirüstü abidəsini götürsün. Hansı ki, hər hansı şirkət istehsalat qəzasızamanı dünyasını dəyişmiş, ya da əlil olmuş insana külli miqdarda kompensasiya ödəməlidirki, həmin ailə bu pulla yaşaya bilsin.

Ürək ağrısı ilə deməliyikki, əksər şirkətlər bu vəzfədən boyun qaçırırlar. Çətin vəziyyətlə işi-gücü olmayanvə rayondan gəlib bir tikə çörəkpulu qazanmaq istəyən fəhlələr o şirkətlərin bütüntələbləriylə razılaşır və əmək müqaviləsi bağlamadan işə başlayırlar. Bunun da mənfifəsadları olanda yenə çətin vəziyyətə düşən həmin o haqqı və hüququ tapdanan qarafəhlə olur, aradan çıxan isə tikinti şirkətləri. Bax, belə olduğu təqdirdə istər-istəməzonlarla, yüzlərlə fəhlənin konstitutsiya və əmək hüququ tapdalanır.

Bir faktı da qeydedək ki, tikinti şirkətlərində baş verən özbaşınalıqlarla bağlı kifayət qədər cinayətişləri açılıb və ayrı-ayrı şəxslər haqqında da tədbirlər görülüb. Təəssüflə qeydetməliyik ki, bu cür ciddi addımlara və görülən işlərə baxmayaraq, yenə bəzi tikintişirkətləri işə götürdükləri fəhlələrlə əmək müqaviləsi bağlamırlar, təhlükəsizlikqaydasına əməl etmirlər.

Artıq yaz mövsümüdür.Və bir azdan isti iyun günləri başlayacaq. Mövcud qaydalara əsasən müsbət 42 dərəcətemperaturda tikintilərdə inşaat işləri dayandırmalıdır.Amma buna baxan kimdir? Dəfələrlə biz onun şahidi olmuşuq ki, müsbət 42 dərəcə istiolarkən hansısa fəhlə yüksək mərtəbəli binanın sonuncu mərtəbəsində tikinti işləriaparır. Üstəlik də heç o təhlükəsizlik qaydasına da əməl eləmir.

Şəxsən bu anlarıgörəndə mən istər-istəməz həmin fəhlələrin taleyi üçün çox narahat olmuşam. Əfsuslarolsun ki, o cür isti havalarda min bir əziyyətə qatlaşan və bir tikə çörək üçünhəyatını ölümün təhlükəsinə atan fəhlələr barəsində tikinti şirkətlərinin rəhbərləribir o qədər də narahat olmurlar. Çünki onlar fəhləyə insan kimi yox, qul kimi baxırlar.Düşünürlər ki, burda çalışanların bəzisi bir tikə çörəyə möhtacdır, yetim-yesirdir,heç kimi yoxdur. Sabah da lap yıxılıb ölsə heç kəs onun dalınca gələrək tikintişirkətini cinayət məsuliyyətinə cəlb etdirə bilməyəcək.

Bir sözlə, istehsalatqəzalarının qarşısını almaq üçün ilk növbədə bu işləri görən şirkətlər və təşkilatlarməsuliyyətlərini tamamilə dərk etməlidilər. Onlar bilməlidir ki, tikintidə işləyənhər bir fəhlənin hüquqları qanunla qorunur və buna görə də o şirkətlər qanunlaraəməl etməyə borcludular. Və bir də qanunlardan qorxmayan bəzi tikinti şirkətlərininrəhbərləri ən azından Allahdan qorxmalıdılar. Çünki o yüksək mərtəbəli binadan yıxılıbölən fəhlənin də elə bir arxası olmasa da, başının üstündə Allahı var. Allahın qəzəbiisə gec olsa da, çox güclü olur. Bax, bu qəzəbdən qorxub çəkinmək lazımdır.


Faiq QİSMƏTOĞLU