"İstefa verməsə, lazımi tədbirləri görəcəyik" - AFFA-nın baş katibi
"Futbolçular bu nəticəyə və idarəçiliyə layiq deyillər".
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına 0:5 hesabı məğlub olduqları oyundan sonra deyib.
O, komandanın müdafiədə oynamasının düzgün olmadığını bildirib: “İslandiya yığmasına hörmətlə yanaşırıq. İlk dəqiqələrdən müdafiədə 6-7 futbolçu ilə oynamamalıydıq”.
“Futbolçuların günahı yoxdur. Fernandu Santuş ev tapşırığını düzgün yerinə yetirmədi. Sistem başdan səhv idi. O, bunun məsuliyyətini anlamalıdır. Onun Azərbaycan xalqına, futboluna yanaşması düzgün deyil. İndi onun matçdan sonrakı açıqlaması maraqlıdır. Biz ondan düzgün fikirlərini gözləyirik. İstefa verməsə, lazımi tədbirləri görəcəyik”, - deyə AFFA-nın baş katibi qeyd edib.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

