İstedadlı rəssamdan sənətsevərlərə sürpriz - FOTO

Dünən Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam və tarixçi Rüstəm Məmmədovun rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi sərgisi keçirilib.
Adalet.az-ın inform.az-aistinadən xəbərinə görə tədbiri giriş sözü ilə xalq rəssamı Ağaəli İbrahimov açıb. Daha sonra sənətşünas Ziyadxan Əliyev, Azərbaycan - Almaniya dostluq cəmiyyətinin sədri, professor Çingiz Abdullayev, xalq rəssamı Arif Hüseynov çıxış edərək rəssamın yaradıcılığından ətraflı bəhs ediblər.
Sənətsevərlərə təqdim olunan sərgi, rəssamın rəngarəng düşündürücü və fərqli yanaşmasının məhsulu eyni zamanda əhatəli yaradıcılıq hesabatı kimi qiymətləndirilib. Sərginin ekspozisiyasına daxil edilmiş 50-yə yaxın əsər müxtəlif mövzulara həsr olunub. Bu da onun rəssam kimi bir janr çərçivəsində qalmayıb, təxəyyülünü təsviri sənətin ifadə zənginliyini , özündə ehtiva edə biləcək digər janrlarında da gerçəkləşdirmək - dünyamızın , rənglərin saya gəlməz çalarında nə qədər gözəl və dəyişkən olduğunu tərənnnüm etmək istəyini əks etdirir.
Bütün yaradıcılığı boyu həyatda gördüklərini duyğu və düşüncələrində, təxəyyülündə canlandırdığı mövzuları, realizm ənənələrinə sadiq qalaraq rənglərdə ifadə edən istedadlı rəssam Rüstəm Məmmədov əslində həm də bununla dünyamızı gerçəkçi cizgi və rənglərlə ifadə etmək imkanlarının nəhayətsiz olduğunu, nümayiş etdirməyi bacarır.
Onun düşündürücü, məna-məzmunla zəngin olan tabloları ("Ömrün qürub çağı", "Səssizliyin harayı", "Kamanın Habil zirvəsi", "Yüksəliş", "Füzuli ömrü", "Səmazən", "Zəriflik" və s.), İmadəddin NəsimiŞ. Məhəmməd Füzuli, Əmir Teymur, Aşıq VeysəlHəsən bəy Zərdabi, Fəxrəddin Paşa kimi görkəmli şəxsiyyətləri əks etdirən protretləri, insanı duyğulandıran mənzərələri ("Qürub", "Şamaxıda yeddi günbəz məzarlığı","Gün batarkən", "Tənha ağac", "Bakı gecələri" və s.) eləcə də, müxtəlif təbii sərvət və nemətlərin gözəlliyini əyaniləşdirən, natürmortları sərginin qonaqları tərəfindən maraqla qarşılanıb.
Onu da qeyd edək ki, Rüstəm Məmmədov eyni zamanda Xəzər TV MMC-nin programlar departamentinin rəhbəridir.
Tədbirin sonunda Rüstəm Məmmədov qonaqlara öz münnətdarlığını bildirib.
Sənətsevərlər tərəfindən böyük maraq və sevgiylə qarşılanan sərgi iyunun 11-dək davam edəcək.






Digər Xəbərlər

"Möminə Xatun"un təmiri ümidlərimizi cücərdir: Yad muzeylərdəki eksponatlar...

Aktau “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib

Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır

Xalq artisti: “Boş vaxtlarını çayxanada, bufetdə keçirməsinlər”

Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək

Tikdim ki izim qala: istedadlı memar Aqil İsmayıl oğlu Yusifov

MƏDƏNİYYƏT İŞÇİLƏRİ YAZIÇI İSMAYIL QARAYEVİN EV MUZEYİNİ ZİYARƏT ETDİLƏR
