İstanbulun üç körpüsü Azərbaycan bayrağının rənglərinə boyandı
İstanbulun rəmzlərindən hesab edilən "15 İyul Şəhidləri”, "Fatih Sultan Mehmet” və "Yavuz Sultan Səlim” körpüləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. İstanbulun tarixində ilk dəfə olaraq hər üç körpü Azərbaycan bayrağının rənglərinə bürünüb.
Körpülərin işıqlandırılması Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü, Türkiyənin Avtomobil Yolları Dövlət Müdürlüyü və İstanbul Valiliyinin dəstəyi ilə baş tutub.
Qeyd edək ki, bundan əvvəl Respublika Günü münasibətilə yalnız "Fatih Sultan Mehmet” körpüsü iki dəfə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
Digər Xəbərlər
04 May 2024 10:00
Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32