İsrail Yəməndən buraxılan PUA-nı vurub
İsrail hərbçiləri Yəməndən atılan pilotsuz uçuş aparatını (PUA) vurub.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hədəf İsrailin cənub səması üzərində vurulub, "protokola uyğun olaraq" hava həyəcanı siqnalı verilməyib.
Hərbi mənbələr “The Times of Israel” nəşrinə bildirib ki, İsrail Hərbi Hava Qüvvələri tərəfindən pilotsuz təyyarə Qəzza zolağı ilə sərhəddən təxminən 10 km məsafədə yerləşən Qvulot qəsəbəsi yaxınlığındakı Negev səhrası üzərində vurulub.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

