"İsrail və ABŞ yeni müharibəyə başlaya bilməyəcək" - İran

İsrail və onun müttəfiqləri İrana qarşı yeni müharibəyə başlamaq iqtidarında deyil və buna görə də psixoloji təzyiq göstərirlər.
Adalet.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Əli Məhəmməd Naeini deyib.
"Düşmən yeni müharibəyə başlaya bilməz, lakin ölkəni narahatlıq və gərginlik mühitində saxlamaq istəyir", - Naeini bildirib.
O əlavə edib ki, İsrail və ABŞ təhlükə hissi yaratmaq üçün psixoloji əməliyyatlar aparır, lakin İran münaqişənin təşəbbüskarı deyil və bundan qorxmur.
General iranlıları sakit olmağa çağırıb: “Müharibə baş verərsə, qalib gələcəyik və düşməni peşman edəcək çəkindirici qüvvəmiz olacaq”.
Digər Xəbərlər

Rusiya XİN-dən Azərbaycanda saxlanılan vətəndaşları ilə bağlı daha bir AÇIQLAMA

Fələstinlilərin öz yerlərindən köçürülməsinə icazə verməyəcəyik

Hindistan Rusiya neftini almağa davam edəcək
