adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Sentyabr 2018 13:28
13104
DÜNYA

İSRAİL TƏLAŞ İÇİNDƏ

Kremldən verilən məlumatlara görə, İsrail tərəfinin təşəbbüsüilə RF-nın prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netenyahu arasında telefon danışığı aparılıb. Danışıq zamanı Netenyahubildirib ki, «məsuliyyətsiz əllərə bu növ silahların verilməsi regionda riski dahada artıracaq». Putin isə bildirib ki, «bu hazırki vəziyyətə görə, qəbul edilmiş adekvat qərardı».

İsrailli hərbi ekspert Andrey Kojinov hesab edir ki, Moskvanınbu qərarı Rusiya və İsrailin birbaşa hərbi toqquşması ilə nəticələnə bilər. ««S-300»raketlərinin Suriya hərbi qüvvələrinə verilməsinin İsraillə münasibətlərə təsir etməyəcəyi ilə bağlı verilən bəyanatlarınreallıqla əlaqəsi yoxdur. Bu İsrail üçün ciddi təhlükədi»- deyəbildirən hərbi ekspert daşa sonra əlavə edib ki, suriyalılar «S-300» raket komplekslərini əldə etməklə İsrailin təyyarələrini vurmaq imkanları qazanacaqlar. Bundan başqa, onlar təkcə öz hava məkanlarını deyil, həmçinin, İsrailin Ben-QudonBeynəlxalq Aeroportuna qədər havaməkanını nəzarətə götürəcəklər. «Bu isə o deməkdir ki, nəinki hərbi, həmçinin,mülki təyyarələr də təhlükə altına düşəcəklər». «Rusiyanınyaratdığı çətir» altında İran Suriyaya qaçaqmalçılıq yolu ilə silah daşınmasınıbir az da aktivləşdirəcək ki, bunu da nə Livan, nə də İsrail tərəfi cavabsız qoymayacaq.

Nəticədə isə Rusiyaİsrail qarşıdurması qaçılmaz olacaq.

ABŞ prezidentininmilli təhlükəsizlik üzrə məsləhətçisi ConBolton Suriyaya «S-300» zenit-raket sistemlərinin verilməsini «böyük səhv» adlandırıb.Dövlət katibi Maykl Pompeu isə bu məsələniBMT Baş Assambleyasının 73-cü ssesiyasındaRusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə edəcəyini bildirib.