adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Dekabr 2018 15:22
15452
DÜNYA

İSRAİL SURİYAYA İRİMİQYASLI RAKET ZƏRBƏLƏRİ ENDİRİB

İsrailin Hərbi Hava Qüvvələri Livanın hava sərhədini pozaraq Suriyanınpaytaxtı Dəməşqə raket zərbələri endiriblər.Hədəf Dəməşq yaxınlığında yeləşən İranınnüvə obyektləri olub. Dəməşqdən bildirmişlər ki, bu hücum 2018-ci il sentyabrın17-də Rusiyaya məxsus 14 heyətlə birlikdəİl-20 kəşfiyyat təyyarəsinin vurulmasından sonra İsrailin etdiyi ən irimiqyaslı hücumdur. Newsruİsrailin məlumatına görə, Suriya ərazisinəən azı 22 raket zərbəsi endirilib. Raket zərbələri nəticəsində Dəməşqin qərbindəkiSabur şəhərində yerli məktəb binasında «Hizbullah»təşkilatının qərargahı və İranın «Fəcər-5» raket anbarı məhv edilib. Hansı ki bu anbarı general-mayorMayer Əsədin komandanlığı ilə 4-cü diviziyanın əsgərləri qoruyurdu. Bundan başqa, Al-Tal şəhərindəki hərbi fabrik də hücuma məruz qalıb.

Pentaqondan verilən məlumatlara görə isə İsrailhərbi hava qüvvələrinin Dəməşq aeroportuna endirdiyi raket zərbələri nəticəsindəTehrana uçmağa hazırlaşan «Hizbullah» təşkilatınınyüksək rütbəli üzvlərinin də zərər gördüyü bildirilib. Suriyanın«Sana» dövlət telekanalı bildirib ki, Suriyanın havadan müdafiə qüvvələri İsrailinbir neçə raketini zərərsizləşdirib.

Rəsmi İsrail hərbihava qüvvələrinin bu hücumda iştirak etməsini nə təsdiq, nə də inkar edir. KİV-lərininyaydığı məlumatlarda isə bildirilir ki, İranınmülki aviaşirkəti «Fars air Qeshm»a məxsusSuriyaya hərbi avadanlıqlar və silahgətirməsi güman edilən «Boinq-747» təyyarəsinin eniş etməsindən sonra bu ərazilərəraket zərbələri endirilib.

Beynəlxalq komitəninüzvü Oleq Morozov «Ria-Novosti»yə bəyan edib ki, Suriya ərazi bütövlüklərinin təhlükəsizliyiniqorumaq üçün Rusiyanın «ZRK S-300» müdafiə komplekslərindən istifadə etmək hüququnamalikdi.

MEHRİBAN